Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Bizim qədər öz millətinə qənim kəsilən, varlanmaq hərisi ikinci bir millət varmı?”

Tanınmış jurnalist Ləman Ələşrəfqızı bulvardakı qiymətlərdən şikayətlənib.

24saat.org   xəbər verir ki, bu barədə status yazan keçmiş ANS-çi bulvarı boykot etdiyini bildirib:
“Çoxdandır bulvarda olmuram. Demək olar ki, yaydan – yaya bir, ya iki dəfə gedəm. Az əvvəl də qəfil qərar verdik ki, çıxaq bir az hava alaq. Hava da yoxdur, bulvarda alış-veriş edənlərdə vicdan da! Bunlar bu qiymətləri necə müəyyən edirlər? İki dondurma, bir su aldıq, 6 manat verdik. Hansı ki, o dondurma dükanda 40 qəpikdir, bunlar da versin cəhənnəm 60 qəpiyə. Daha 2 manata birini, 3 manata o birini yox daa! Deyirəm bizim qədər fürsətcil, öz millətinə qənim kəsilən, varlanmaq hərisi ikinci bir millət varmı? Axı bulvara gələn varlı təbəqə də deyil, əksəriyyəti kasıb-kusubdur, elə qiymət qoyun ki, bir gələn ikinci dəfə də gəlsin. Şəxsən mən bu gündən bulvarı baykot edirəm!”

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Mir Şahinə yeni vəzifə verildi… -ANS bir dəfəlik bağlandı

%d bloqqer bunu bəyənir: