Loading...
Loading...

”Bizə mane ola biləcək bir şey varsa, o da ‘Qəbələ’di” – ”Lill”in baş məşqçisi

“İlk oyundan müəyyən nəticələr çıxarmışıq. Sabah baş tutacaq matçda komandamızın nəyə qadir olduğunu sübuta yetirəcəyik”.

Apasport.az-ın yaydığı xəbərə görə, bu sözləri “Lill” klubunun baş məşqçisi Frederik Antonetti Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ” ilə cavab görüşü öncəsi deyib.

Matçdan öncə mətbuat konfransı keçirən Antonetti bunları bildirib:

“Futbolçularımızın bəziləri ilk oyunda iştirak etmədilər. Lakin sabah onlar meydanda olacaq. “Qəbələ” ilə cavab görüşü ilə bağlı proqnoz verə bilmərəm”.

– Fransada “Qəbələ”dən o cür yaxşı oyun gözləyirdizmi?

– Bəli, gözləyirdik. Çünki “Qəbələ” güclü komandadı. Biz oyundan əvvəl də onların nəyə qadir olduğunu bilirdik. Çünki bu komandanın matçlarını izləmişdik. “Qəbələ”nin məqsədi nədisə, sabah bizim məqsədimiz də elə olacaq.

– Sabah “Lill”in ifasında hücum futbolu görəcəyikmi?

– Bizim öz taktikamız var. Hücum futbolu ola da bilər, olmaya da.

 – Ederə əsas heyətdə şans verəcəksizmi?

– Böyük ehtimalla, bəli.

– Portuqaliyalı hücumçuya cavab görüşündə şans verməyiniz “Qəbələ”nin ilk oyunda gözünüzü qorxutması ilə bağlıdır?

– Eder öz mövqeyində oynayır. Onunla 10 aydan çoxdur ki, əməkdaşlıq edirik.

 – Sofyan Bufali keçən mövsüm komandanın liderlərindən idi. Onun yoxluğunda “Lill”in taktikası dəyişibmi?

– Təbii ki, onun oyunundan razıyıq. Lakin Bufalinin olmaması komandamıza öz təsirini göstərir.

 – Sabah uğura nə mane ola bilər?

– Bizə mane ola biləcək bir şey varsa, o da “Qəbələ” komandasıdır.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

FİFA rusiyalı futbolçuların dopinq istifadəsi ilə bağlı araşdırmalara başlayıb

%d bloqqer bunu bəyənir: