Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Birlik Inşaat”ın qurbanları yenidən aksiyalara başlayır

Nuşirəvan Məhərrəmlinin dələduz qohumu zərərçəkənləri aldatmaqda davam edir

“Birlik Inşaat” şirkətinin qurbanları yenidən aksiyalara hazırlaşır. Bu barədə redaksiyamıza daxil olan məlumata görə, onlar şirkətin təsisçisi Elman Tağıyev azadlığa buraxılmasından və pullarının hələ də qaytarılmamasından hiddətləniblər. Qeyd edək ki, “Birlik Inşaat”la bağlı Korrupsiyaya Qarşı mübarizə Baş Idarəsində açılmış cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun icraatında araşdırılıb və Elman Tağıyev başda olmaqla təqsirkarlar 13-14 il azadlıqdan məhrum ediliblər. Lakin sonradan Elman Tağıyev azadlığa buraxılıb.

Qeyd edək ki, ötən həftə zərərçəkənlər Baş Prokuror yanında Korrupsiyaya Qarşı mübarizə Baş Idarəsinin binasının önündə bir qrup sakin etiraz aksiyası keçirib.

Zərərçəkmişlər “Birlik”, “Xəmsə”, “Hasil”, “Hayan” MMC-lərinin təsisçisi Elman Tağıyevdən və onun qardaşı Məhərrəm Məhərrəmovdan onlara dəymiş zərərin ödənilməsini istəyiblər.

Aldadılmış payçı Cəmaləddin Babayev deyib ki, tikinti şirkətlərinin rəhbəri Elman Tağıyevin azadlığa çıxması və payçıların mənzillə təmin olunması üçün qardaşı Məhərrəm Məhərrəmov izahat verərək öhdəlik götürüb. Amma o da öhdəliyinə sona qədər əməl etməyib. Belə ki, tikdiyi binanı yarımçıq saxlayıb.

Həmin aksiyada da zərərçəkənlərə problemin qısa müddətdə həll olunacağı bildirilib. Lakin onlar artıq vədlərə inanmır. Məlumata görə, zərərçəkənlər bu dəfə Prezident Administrasiyasının qarşısına toplaşmaq istəyirlər.

Qeyd edək ki, Elman Tağıyev Kürdəmir Rayon Polis Idarəsinin keçmiş rəis müavini Aqil Tağıyevin qardaşıdır.

Onun digər qardaşı Rafiq Tağıyev vaxtilə Prezident Administrasiyasında mühüm post tutub. Bəzi iddialara görə, onu qeyri-şəffaf işlərinə və “yuxarıları” aldatdığına görə işdən çıxarıblar. Rafiq Tağıyev Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin qudasıdır. Başqa qardaş Adil Tağıyev Ekologiya və Təbii Sərvətlər Nazirliyində şöbə müdiri işləyib. Onu da nazir Hüseynqulu Bağırova “atdığı” üçün vəzifədən alıblar. Bəzi iddialara görə, “Birlik Inşaat”ın himayədarlarından biri də Nərimanov polisinin keçmiş rəisi Muradəli Babayevdir.

azadliq.info

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

BÜRCLƏR – 11.07.2016

%d bloqqer bunu bəyənir: