Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Birinci ailə”nin ünvanından “tapılan” daha bir şirkət; onu “Azərenerji”nin şefinə nə bağlayır?

«ADOR» MMC «Expressbank»ı «arxa qapıdan» tərk edib

Bu MMC-nin payını 2 şəxs satın alıb

«Expressbank» ASC müstəqil auditorun (Ernst & Young (CIS) B.V.) iyulun 22-də müsbət rəy verdiyi illik maliyyə hesabatını açıqlayıb.

Hesabata görə, «ADOR» MMC ötən il «Expressbank»ın səhmdarlar sırasını tərk edib. Onun payını 2 şəxs alıb.

«ADOR» MMC bankda 42 faiz səhmə sahib idi. İndi bu səhmlər iki nəfərin arasında (Hikmət Xammədov – 25 faiz və Hafiz Seyidov – 17 faiz) bölüşdürülüb. İllik hesabatda 5 səhmdarın adları və onların sahib olduqları paylar əksini tapıb.

Yarımillik hesabatda adlar göstərilməsə də, səhmdarların sayının 4 olduğu göstərilir.

Qanun deyir ki…

Milli qanunvericilik önəmli payın əldə edilməsi və özgəninküləşdirilməsi haqqında məlumatların açıqlanmasını tələb edir.

Ötən ilin iyulundan qüvvədə olan «Qiymətli kağızlar bazarı haqqında» qanunun 76.1-ci maddəsinə görə, «səhmləri tənzimlənən bazara ticarətə buraxılmış emitentin səsvermə hüququ verən səhmlərinin mülkiyyətçisi olan şəxs malik olduğu səhmlərin sayı emitentin səhmlərinin ümumi sayının 5, 10, 25 , 50 və ya 75 faiz hədlərinə çatdıqda və ya həmin hədləri keçdikdə, bu barədə bildiriş təqdim etməklə, dörd ticarət günündən gec olmayaraq, emitenti məlumatlandırmalıdır. Emitent həmin bildirişi aldıqdan sonra 3 ticarət günündən gec olmayaraq, bu barədə məlumatı ictimaiyyətə açıqlamalıdır».

Bu məlumatda alıcının adı, atasının adı və soyadı, səhmlərin əldə olunma tarixi, səhmlərin sayı və səhmdar cəmiyyətinin nizamnamə kapitalındakı ümumi faizi əksini tapmalıdır.

Emitent önəmli paya sahib olan səhmdarların siyahısını aparmalı və bu siyahı ictimaiyyətə açıq olmalıdır.

«Qiymətli kağızlar bazarında sui-istifadələrin qarşısının alınması haqqında Qaydalar»a görə, emitentin nizamnamə kapitalının 10 və ya daha çox faizini təşkil edən paya birbaşa və ya dolayı yolla yiyələnən şəxs aidiyyəti olduğu emitentin səhmləri ilə əqd bağlarkən, bu barədə məlumatı yuxarıda adı gedən qanunun 76-ci maddəsinə uyğun açıqlayır.

Dəyişikliklər açıqlanmayıb

Nə «ADOR» MMC, nə də «Expressbank» ASC səhmdarların strukturunda baş verən dəyişikliləri açıqlayıb. «ADOR» MMC-nin bankın səhmdarları sırasını tərk etdiyi, banka yeni səhmdarların gəldiyi yalnız indi – illik və yarımillik hesabatlar açıqlanarkən üzə çıxıb.

Auditor, Maliyə Hesabatlarının Beynəlxalq Standartlarına zidd olaraq, «Expressbank» ASC üzərində son nəzarəti həyata keçirən şəxsin (və ya şəxslərin) adlarını gizli saxlayıb. Əvvəlki illərin hesabatlarında banka nəzarəti «ADOR» MMC-nin gerçəkləşdirdiyi yazılardı.

Məlum ünvan və məlum adlar

«ADOR» MMC-nin birbaşa sahibinin kim (və ya kimlər) olmasına dair təsdiqlənmiş məlumat yoxdur. Kommersiya hüquqi şəsxlərin dövlət reyestrndə də şirkət barədə məlumat əksini tapmayıb və müəmmalı şəkildə ictimaiyyətdən gizlədilir. Məlum olan sözügedən MMC-nin qeydiyyat ünvanıdır (Bakı şəhəri, Səməd Vurğun küçəsi,7). Bu ünvanda isə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qeydiyyatdadır.

«ADOR» MMC «Paşa Bank» ASC-də 30 faiz səhmin də mülkiyyətçisidir. Azərbaycandan başqa Gürcüstan və Türkiyədə də törəmə banklara sahib olan «Paşa Bank»ın maliyyə hesabatında göstərilir ki, onun «yekun mülkiyyətçiləri Qrup üzrə birgə nəzarəti həyata keçirən xanım Leyla Əliyeva və xanım Arzu Əliyevadır».

Yerli və xarici mediada gedən jurnalist araşdırmalarında məhz ünvan əsas götürülərək, «ADOR» MMC-nin hakim ailəyə məxsusluğu iddia edilir. Dərc olunan və geniş rezonans doğuran həmin araşdırmalarda irəli sürülən iddialar indiyədək yalanlanmayıb.

«Expressbank» ASC-nin yeni səhmdarları kimlərdir?

Hüquqşünaslara və sənədlərə istinad edən yerli media yazır ki, Hikmət Hacəmməd oğlu Xammədov «Azərenerji» ASC-nin sədri Etibar Pirverdiyevin qaynıdır. Onun E. Pirverdiyevi alqı-satqı əməliyyatında təmsil etdiyi bildirilir. H. Xammədov «Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları» ASC-nin 98,5 faizinin də sahibidir.

Bankın digər yeni səhmdarı Hafiz Seyidov biznes ictimaiyyətinə tanış deyil.

Azadlıq Radiosu «Expressbank» ASC-yə yeni səhmdarın və bankı tərk etmiş 5-ci səhmdarın kimliyinə dair sorğu göndərsə də, hələ cavab almayıb.

azadliq.org

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

İlham Əliyevi tənqid edən kanal necə bağlandı?

%d bloqqer bunu bəyənir: