Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bir salxım üzüm 10 min dollara satılıb

“The Telegraph” yazır ki, meyvələrin də sosial status və ya sinif göstəricisi sayıldığı Yaponiyada bir salxım üzüm rekord qiymətə satılıb.

Üstündə təxminən otuz giləsi olan Qırmızımtıl Roma növlü üzümü 1,1 milyon yenə (10 min dollar) alıblar. Beləliklə üzümün hər giləsi 300 dollara satılıb. Hərçənd bu növün hər giləsi stolüstü tennis şarı boydadır.

İşikava prefekturasında yetişdirilən bu üzüm növünün hər giləsi azı 20 qram ağırlığında olur və şəkərliyi azı 18 faizdir.

“Ruby Roman” üzüm klubunun öz üzvləri var.

“The Telegraph” yazır ki, Yaponiyada meyvələr onu alanın statusunun göstəricisi sayıldığından, bu sayaq qiymətlərə tez-tez rast gəlinir.

Məqalədə bu da deyilir ki, Yaponiyada status simvolu kimi ən hörmətli meyvə qarpız sayılır.

Ötən il bu ölkədə bir cüt qarpız hərracda 1,5 milyon yenə satılıb.

24saat.org
Loading...

Mehman Hüseynov bu dəfə Səlim Müslümovun imarətini çəkdi – VİDEO

Sonrakı Yazı »

MTN-dən xəyanətkar cütlüklərin “sevgi gecəsinə” kameralı sürpriz

%d bloqqer bunu bəyənir: