“Bir milyon dollara restoran açacam” -Azərbaycanlı lotoreya qalibi

ABŞ-da yaşayan azərbaycanlı Pərviz Quluzadə lotoreyada udduğu 1 milyon dollara restoran açacaq.

Bu barədə onun özü məlumat verib.

Quluzadə bildirib ki, üzərində hazırlıq gedən restoran şərqsayağı üslubda olacaq: “Burada bir Azərbaycan restoranı açacam. Bu məsələdə qərarlıyam. Hazırda bununla bağlı işlər gedir. Restoranın hələ eskizləri hazır deyil. İşlər yekunlaşandan sonra bu barədə əlavə məlumat veriləcək”.

P.Quluzadə üzərində işlər gedən restoranın milli atributlarla bəzənəcəyini vurğulayıb.

Qeyd edək ki, ABŞ-da yaşayan Azərbaycanlı Pərviz Quluzadə 2016-cı ilin yanvarında lotoreyada 1 milyon dollar udub. Bu məbləği ona “cek-pot” qazandırıb.(AzNews.az)

24saat.org
Loading...

Qarabağ kimindir? – AYNUR İMRAN YAZIR

Sonrakı Yazı »

”Generalın qızı mənə 150 min manat təklif etdi”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: