Loading...
Loading...

Bir gündə 58 cinayət

bizimyol.info Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 27-də ölkə ərazidində daxili işlər orqanları tərəfindən 58 cinayət faktı qeydə alınıb. Hadisələrin 8-nin üstü açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 28 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1, qanunsuz saxlanılan silah-sursatla bağlı yenə 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 37 nəfər tutulub.
Əslində cinayət “normativi” tam yerinə yetirilməyib. Belə ki, bir gündə baş verən cinayətlərin sayını ilin günlərinə vursaq, bu, il ərzində 21 170 cinayət deməkdir. Keçən il respublika üzrə 26 916 (2014-cü illə müqayisədə +9,4%) cinayət qeydə alınıb. Bu isə orta hesabla gündəlik 74 cinayət faktıdır. Cinayətlərin sayinin rəsmi statistikada ilbəil 2-3 min civarında artdığını nəzərə alsaq, bu il orta hesabla gündəlik 80-ə yaxın cinayət “norma”-dır.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Bakı metrosunda qorxulu anlar: Uşaq son anda xilas edildi

Loading...
%d bloqqer bunu bəyənir: