Advertisements
24 saat

Bir çarpayıda 2 xəstə yatır – MAŞTAĞADA


Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının professoru Nadir İsmayılovun mətbuata verdiyi açıqlama birmənalı qarşılanmayıb.

Belə ki, professor müsahibəsində qeyd edib ki, hazırda Maştağadakı psixoloji mərkəz 1850 çarpayılıq olsa da, orada 2200 xəstə var. Sual olunur ki, bəs yerdə qalan 350 nəfər harada yatır və necə qidalanır?

BiG.AZ bildirir ki, məsələ ilə bağlı professor Nadir İsmayılov femida.az-a açıqlama verib. Onun sözlərinə görə, rayonlarda olan mərkəzlərdə təmir işləri getdiyi üçün orada olan xəstələr də Maştağaya köçürülüblər. Amma bu onların yerləşməsində problem yaratmayıb.

“Həmin mərkəz müasir üslubda qurulub. Nə olsun ki, çarpayılar azdır. Lazım gəlsə, orada 3000 xəstə də yerləşdirmək olar. Bunu qabartmağa ehtiyac yoxdur”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: