Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
tursu

Bir ailə turşudan zəhərləndi – Necə edək ki, biz də zəhərlənməyək?

Bərdə rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib. Ötən gün rayonun Xanərəb kəndində yaşayan Məmmədovlar ailəsinin ikisi az yaşlı uşaq olmaqla 5 nəfər üzvü pomidor turşusundan zəhərlənib.

“Qeyd edilən zəhərlənmə hadisəsinin baş verməsinə səbəb, turşunun xarab olması deyil, tərkibindəki batulizm çöpləridir”.

24saat.org atv.az-a istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirib.

Onun sözlərinə görə, tərəvəz məhsulları yaxşı yuyulmaqdıqda, eyni zamanda, onun saxlanacağı qablar yaxşı sterilizə olunmadıqda dediyimiz batulizm çöpləri turşunun tərkibinə öz toksidlərini yayır, bunu yeyən şəxslər də zəhərlənir :

“Turşunun tərkibində batulizm çöplərinin olub-olmadığını bilmək olmur. Çünki, o, qoyulan turşunun nə dad, nə görüntü, nə də ki qoxusunda heç bir dəyişikliyə səbəb olmur. Bunu gözlə müəyyən etmək mümkünsüzdür. Bu səbəblə evdə turşu hazırlayarkən diqqətli olmaq tələb olunur”.

Milli Kulinariya Mərkəzinin (AMKM) direktor müavini Ceyran Əsgərovanın sözlərinə görə, turşu qoyarkən gigiyena və sanitariya qaydalarına əməl olunmayanda çox vaxt zəhərlənmə halları baş verir:

“Evdar xanımlar turşunu daha çox qaynatmamağa üstünlük verir. Onlar bu cür etməklə tərəvəzin tərkibində olan vitaminlərin qalmasını istəyirlər. Amma turşunu qaynatmaq onun tərkibində bakteriyaların yaranma şansını minimuma endirir.

Turşuların çeşidləri çoxdur. Marinada, duzda, salat kimi hazırlanan və s. Sadəcə bunların yetişmə dövrünü gözləmək lazımdır. Çünki yetişmə dövrü tamamlandıqdan sonra onun yemək üçün zərərli olub-olmamağı aşkara çıxır. Zərərli olarsa, turşu qıcqırır, atır, yaxud da rəngi dəyişir. Elə turşular var ki, orada duzun norması azdır. Duzun norması az olanda onun tərkibindəki sirkənin miqdarını çox eləmək lazımdır. Əksinə, duz çox olanda sirkənin miqdarını azaltmaqda fayda var”.

Qeyd edək ki, pomidor turşusundan zəhərlənmə nəticəsində Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Məmmədovlar ailəsinin sonbeşiyi – 5 yaşlı Cahid Məmmədovun vəziyyəti ağırlaşıb. O, Səhiyyə Nazirliyinin göstərişi ilə dünən Mərkəzi Klinik Xəstəxanadan iki həkim – anestezioloq və reanimatoloq Bərdəyə ezam olunub. Hadisə nəticəsində zəhərlənərək xəstəxanaya gətirilən 45 yaşlı Könül Məmmədova və 22 yaşlı Pərviz Məmmədovun səhhəti normallaşıb və müalicələri davam etdirilir.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

BÜRCLƏR – 4 Noyabr

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: