Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bir əsgər həlak olub

Mayın 3-ü qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əmrah Yüzbəyov həlak olub.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

Müdafiə Nazirliyi qoşunların təmas xəttində atəşkəsin növbəti dəfə pozulmasına görə məsuliyyətin bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirir.

Aprelin 2-dən 5-nə qədər təmas xəttində ağır döyüşlər gedib. Hər iki tərəfdən onlarla əsgər həlak olandan sonra, aprelin 5-də Moskvada yenidən atəşkəs razılaşması əldə edilib. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Salyanda polis adı ilə dələduzluq edənlər tutuldu

%d bloqqer bunu bəyənir: