Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
bianli

Bineli Yıldırım: “Azərbaycan nümunədir”

“Əminəm ki, digər türk dövlətləri Azərbaycanın Fətullah Gülənin terror axınıyla mübarizəsi nümunəsini izləyəcəklər”.

24saat.org “Report”a istinadən bildirir ki, bunu Türkiyənin baş naziri Bineli Yıldırım İstanbulda jurnalistlərlə söhbətində deyib.

“Gülənin terror fəaliyyəti yalnız Türkiyə üçün deyil, həm də bütün dünya üçün təhlükəlidir. Harada ki Gülənin tərəfdarları hərəkət edirlər, o ölkə təhlükəsiz şəraitdə deyil” – deyə baş nazir vurğulayıb.
Onun sözlərinə görə, bu məsələdə qardaş Azərbaycan operativlik və həssaslıq nümayiş etdirib.
“Biz Gülənin strukturlarının tam məhv etməsi üzrə Azərbaycanın addımlarını yüksək qiymətləndiririk. Ümid edirik ki, başqa dost və qardaş ölkələr bu yolu izləyəcəklər”, – deyə Bineli Yıldırım vurğulayıb.
Onun sözlərinə görə, rəsmi Ankara bundan şübhələnmir.

Qeyd edək ki, Fətullah Gülənin rəhbərlik etdiyi terror təşkilatı iyulun 15-dən 16-a keçən gecə Türkiyədə hərbi yolla dövlət çevrilişinə cəhd göstərib. Lakin çevriliş cəhdinin qarşısı alınıb. Bu zaman 241 nəfər həlak olub.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Milli Məclis bu gün toplanır – GÜNDƏLİK

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: