24 saat

Binalı Yıldırım Kılıçdaroğlu ilə GÖRÜŞDÜ


Türkiyənin baş naziri Binali Yıldırım ölkənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ilə görüşüb.

24saat.org  Türkiyə KİV-nə istinadla xəbər verir ki, hökumət başçısı görüşdən sonra açıqlama verib.

 

O bildirib ki, bəzi görüntülərin sosial şəbəkələrdə yayımlanması məsələsində həssasdırlar.

 

“Buna qarşı lazımi müdaxilə olmalıdır. Bundan sonra kimsə vəzifəsini icra edərkən, hüquqa zidd hərəkət edərsə, onların üzərinə şiddətli şəkildə gediləcək”.

Binali Yıldırım deyib ki, Türkiyə hüquq dövləti olduğu üçün bütün məsələlər hüquqi müstəvidə həll ediləcək.

 

“Heç kim fiziki şiddətlə qarşılıq vermək, intiqam almaq kimi bir hiss içində olmamalıdır. Hüquq dövlətində əsla belə bir şey qəbul edilə bilməz”.

Kamal Kılıçdaroğlu isə qeyd edib ki, narahatlıqlarını baş nazirlə bölüşüb.

“Xüsusilə, sadəcə əmr dinləyənlərə qarşı (əsgərləri nəzərdə tutur-red)  şiddətin doğru olmadığını, bunların da araşdırılmasının vacibliyini vurğuladım. Cəmiyyətdəki gərginliyi birlikdə aradan qaldırmaq bizim vəzifəmizdir”

 

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: