Loading...
Loading...

Binali Yıldırım Güləndən DANIŞDI və ABŞ-ı ittiham etdi

“Türkiyə Ədliyyə Nazirliyi Fətullah Gülənin ekstradisiyası üçün ABŞ-a 4 dəfə müraciət edib”.

 

24saat.org Türkiyə KİV-nə istinadla xəbər verir ki, bunu Türkiyənin baş naziri Binali Yıldırım bildirib.

Onun sözlərinə görə, Türkiyə ABŞ-a gedib, zəruri sənədləri göndəriblər.

 

“Ancaq bizdən sübut istəyirlər. Biz onlara istədikləri qədər dəlil təqdim edəcəyik. Siz 11 sentyabrda əkiz qüllələr vurulanda terrorçuları tələb edərkən dəlilmi istədiniz? Niyə Ben Laden üçün sübut axtarmazkən Fətullah terror təşkilatı üçün sübut istəyirsiniz? Bu canini, xaini artıq qorumayın”.

 

Qeyd edək ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd olub.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Nardaran hadisələrinə görə təqsirləndirilən şəxs vəkilindən imtina etdi

%d bloqqer bunu bəyənir: