Loading...
Loading...

Binaların standartlara cavab verməməsinin məsuliyyəti kimin üzərindədir?

Seysmik davamlılığa görə «2» alan binaların taleyi necə olacaq?

Bakıda hündürmərtəbəli binaların seysmik davamlılığı yoxlanılacaq. Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli dünən keçirdiyi mətbuat konfransında deyib ki, bu proses layihə çərçivəsində Almaniyanın geoloji təşkilatı ilə birgə aparılacaq və 2 il davam edəcək.

Onun sözlərinə görə, bununla bağlı yekun danışıqlar sentyabrın 19-21-də Almaniyada olacaq və bundan sonra prosesə nə vaxtdan başlanılacağına qərar veriləcək.

Binaların seysmik davamlılığının yoxlanılması, Almaniya təşkilatı ilə əməkdaşlıq müsbət haldır. Amma ortaya xeyli ciddi suallar çıxır.

Birincisi, bütün tikilən binalara Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən rəy verilir, bundan sonra Fövqəladə Hallar Nazirliyi tikintiyə nəzarət edir. Yəni, binanın tikintisi üçün bir neçə aidiyyatı qurumun razılığı olur və bu qurumlar məsuliyyət daşıyırlar. Əgər binanın seysmik davamlılığı yoxdursa, deməli aidiyyatı qurumlar saxta rəy veriblər. Deməli, tikinti şirkətləri həmin qurumlara “haqq” ödəyib, “milli ənənə”lər işə düşüb.

Əgər hündürmərtəbəli binalar seysmik yoxlanışdan “2″ alsa, bu tikintilərə müsbət rəy verənlər də ”2″ almalıdır. Həm vəzifədən sui-istifadəyə, səlahiyyət həddini aşmaya görə, həm də şüurlu şəkildə insanların həyatı təhlükəyə atıldığı üçün.

Başqa bir sual bundan ibarətdir ki, yoxlanışın nəticəsi mənfi olsa binaların aqibəti necə olacaq. Bakıda yüzlərlə hündürmərtəbəli bina tikilib, bu binalarda minlərlə ailə məskunlaşıb. Insanlar etibar edib, özlərinə mülk alıblar. Bu binalar “brak” çıxsa mülk sahibləri necə köçürüləcək, yeni binalar tikiləcək? Dövlət bu problemi necə həll edəcək?

Indiki reallıqda bu problemin həll edilməsi müşkül görünür. Hökumət imzaladığı layihələri həyayta keçirməkdə acizdirsə, bu gün qəzalı vəziyyətdə olan binalara çarə tapılmırsa, daha böyük problemin həlli mümkün olacaqmı?

Bir daha yuxarıdakı fakta qayıtmaq məcburiyyətindəyik. Binalar yarasızdırsa, buna görə aidiyyatı qurumlar məsuliyət daşıyır. Saxta rəylər veməklə milyonerə çevrilənlər, zəhmət çəkib sadə vətəndaşın problemini həll etsinlər.

Ümumiyyətlə, bizim hökumətimiz həmişə iş bitəndən sonra problemləri axtarır. Əvvəl asfalt çəkirlər, sonra asfaltı söküb kanalizasiya xətti qururlar. Əvvəl binanın üz qabığını restavrasiya edirlər, sonra binanı sökürlər. Əvvəl müxalifətçini həbs edirlər, sonra hansı ittihamı irəli sürmək haqqında düşünürlər.

Binaların tikinti prosesi də belə olub. Əvvəl binanı tikiblər, müsbət rəy veriblər, mənzillər satılıb və indi seysmik davamlılığı yoxlamaq qərarına gəiblər. Binaların standartlara cavab verməməsi isə daha böyük “zəlzələ”dən xəbər verir. Yəni, problemin sonradan üzə çıxması daha böyük problemlər yaradacaq.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Məktəbli formaları bahalaşdı

%d bloqqer bunu bəyənir: