Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Binəqədidə yanan bina ilə bağlı məhkəmə BAŞLADI

Binəqədi rayonunda yanan bina ilə bağlı faktlarla bağlı məhkəmə prosesi başlayıb.

 

Bu barədə Baş Prokurorkuğun mətbuat xidmətindən Modern.az-a daxil olan məlumatda bildirilir.

Qeyd olunur ki, Mahmudov Miryusif Mircəfər oğlu, Əskərov Ələkpər İldırım oğlu, Bəşirov Uğur Firuz oğlu, Novruzov Qəzənfər Məhərrəm oğlu, Rəcəbov Ədalət Şəmsəddin oğlu, Orucov Nizami Qara oğlunun Azərbaycan Respublikası CM-nin 225.2 və 308.2-ci, Əlibəyov Akif Muradəli oğlunun Azərbaycan Respublikası CM-nin 308.2-ci, Məmmədov Ağacavad Hacı oğlunun Azərbaycan Respublikası CM-nin 308.2, 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmənin baxış iclası Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əfqan Hacıyev (sədrlik edən), Samir Əliyev və Fikrət Qəribovdan ibarət tərkibdə, dövlət ittihamçısı Fərid Nağıyevin iştirakı ilə bu gün başlayıb.

 

Prosesdə iş üzrə zərər çəkmiş şəxslər Hüseynova Nigar Malik qızı, Abdiyeva Lalə Əli qızı, Hidayətova Eyzəngül Əli qızı, Ələkbərova Rəhilə Yusif qızı, Şirinov Anar Yavər oğlu, Sadıxov Ülvi Surxay oğlu ifadə verərək yaşadıqları Bakı şəhəri, Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında 19 may 2015-ci il tarixində səhər saatlarında baş verən yanğın zamanı onlara fiziki, mənəvi və maddi ziyan dəyməsini bildirib, ibtidai istintaq zamanı hesablanmış onlara vurulan ziyan məbləğlərinin təqsirkarlardan alınaraq onlara ödənilməsini məhkəmədən xahiş ediblər.

 

FHN-nin Binəqədi, Nəsimi və Qaradağ rayon Dövlət yanğından mühafizə hissəsinin iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış əməkdaşları Əliyev Qurban Ehtibar oğlu, İbadov Məmməd Hüseyn oğlu, Cavadov Denis Anatolyeviç, Nəbiyev Xudat Allahverdi oğlu, Hüseynli Əsəd Üzeyir oğlu məhkəmədə ifadə verərək göstəriblər ki, 19 may 2015-ci il tarixində müvafiq yanğın barədə məlumat aldıqdan sonra qısa müddətdə hadisə yerinə gələrək xidməti vəzifələrinin icrası ilə əlaqədar həm yanğının söndürülməsi, həm də bir neçə nəfərin xilasını həyata keçiriblər. Həmin hadisə zamanı kəskin tüstüdən və yanan binanın şüşələrinin düşməsi nəticəsində xəsarətlər alıblar.

 

Məhkəmə iclasına gələn bütün zərərçəkmiş şəxslər dindirildikdən sonra iclasda sədrlik edən iş üzrə növbəti iclasın 26 iyula, saat 10:30-a təyin edilməsini elan edib.

 

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

General: “Çevrilişə cəhd etmişəm, istəyirlərsə, edam etsinlər”

%d bloqqer bunu bəyənir: