Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Binəqədidə 19 qəbirsiz şəhid “məzarından” edildi – UTANC

Qönçə Şükürova: “İdarənin rus rəhbərliyi deyib ki, bu şəkilləri görəndə əsəb keçirirəm”

24saat.org-a müraciət edən şəhid Şükürov Hikayət Süleyman oğlunun həyat yoldaşı Qönçə Şükürova üzləşdiyi problemlə bağlı şikayətini dilə gətirib. Q.Şükürovanın sözlərinə görə, həyat yoldaşı və daha 18 şəhidin şəkli uzun illər bundan öncə Binəqədi Neft Şirkətinin qarşısındakı divara vurulsa da, dünən ziyarətə gedən zaman şəkillərin heç birini yerində görməyib. Bunun səbəbini öyrənmək üçün şirkət yetkililəri ilə görüşmək istəsə də, görüşə icazə verilməyib. Şikayətçi sadəcə bunu öyrənə bilib ki, 19 şəhid şəklinin yoxa çıxmasına səbəb idarənin rus yetkilisinin verdiyi göstəriş olub:
“Həyat yoldaşım H.Şükürov 1993-cü ilin iyun ayında Ağdamın Əhmədabad kəndində tank qarışıq yox olub. Daha doğrusu, o, tankı ilə birlikdə mühasirəyə düşüb, tankı partladılıb, özü isə şəhid olub. Hərbi komissarlıq mənə onunla bağlı itkin kağızı verdi. Mən məhkəməyə müraciət etdim. Məhkəmənin qərarı ilə mənə ölüm şəhadətnaməsi təqdim edildi və şəhid statusu verildi. Mənim Heydər Əliyevlə şəxsən görüşüm olub və həyat yoldaşıma şəhid statusunun verilməsində onun böyük rolu olub. H.Əliyev mənə ev də verdi, yoldaşımla bağlı şəhid statusu da verdi. Allah ona rəhmət eləsin.
Lakin mənim bir problemim var. Mənim yoldaşımın qəbri yoxdur. Binəqədi neft şirkətində çalışan 19 nəfər Ağdam-Beyləqan istiqamətində gedən döyüşlərdə şəhid olub. Onların hamısı Binəqədi Neft Şirkətinin işçiləridir. Onlaırın 19-nun da şəkli Binəqədi Hərbi Komissarlığının yanındakı divara vurulmuşdu. Biz 20 ildən çoxdur ki, ziyarət üçün ora gedirdik. İki övladım var. Onlar həm bayram, həm də qeyri-bayram günlərində ora gedirdilər. Dünən yoldaşımın şəhid olan günü idi. Qızlarım ziyarət etməyə yer tapa bilmədi. Binəqədi neftinin rəhbərliyində indi ruslar təmsil olunur. Dünən biz ziyarətə gedəndə gördük ki, şəkillər yoxdur. Hardadır, bilmirik. Deyirəm ki, yoldaşımın şəklini verin, mən bu şəkli öz qapımdam asacam. Onu da vermirlər. Şəkilləri çıxardıblar, əvəzində şəhidlərin adını xırda-xırda, kibrit qutusu boyda hərflərlə divara yazıblar. Şəkilləri niyə çıxarmısınız sualına isə cavab olaraq bildirdilər ki, rus yetkili deyib ki, o şəkilləri ordan çıxardın, çünkli onları görəndə əsəb keçirirəm. Məni nə içəri qoymurlar, nə də qəbul etmirlər ki, sözümü deyim. Uşaqlarımın yeganə təsəllisi o şəkil idi. İndi o şəkil də yoxdur. Biz yeganə təsəllimizdən məhrum olmuşuq. Əlaqədar qurumlardan məsələnin araşdırılmasını xahiş edirik. Ümid edirik ki, aidiyyatı instansiyalar baş verənlərə aydınlıq gətirəcək, şəhid şəkillərinin niyə çıxarıldığı ilə bağlı şəhid yaxınlarına lazımi izahat verəcək”.

P.S.Qönçə Şükürovanın qaldırdğı problemlə bağlı ARDNŞ-nin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin mövqeyini öyrənməyə cəhd etsək də, SOCAR yetkilisinin nə mobil, nə də iş telefonuna ünvanladığımız zənglərə cavab verən olmadı. Bununla belə xatırladırıq ki, 24saat.org olaraq bütün maraqlı tərəf və şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

“Azərsu” Vergilər Nazirliyinə borclu olduğunu təsdiqlədi, amma…

%d bloqqer bunu bəyənir: