Advertisements
24 saat

Binəli Yıldırımın otağına Azərbaycan bayrağı asıldı – Fotolar

Türkiyənin “Doğan” xəbər agentliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Ali Kan 15 iyul dövlət çevrilişi zamanı baş nazir Binəli Yıldırımın Türkiyə parlamentindəki bombalanan otağına Azərbaycan bayrağını asıb.

Jurnalist Ali Kan baş nazirin otağına Azərbaycan və Türkiyə bayrağını yanaşı asaraq, həmrəylik nümayiş etdirib.
Daha sonra Ali Kan qeyd edib ki, iki qardaş ölkənin bayrağını qardaşlıq rəmzi kimi asılıb: “Bura, qiyama cəhd edilən gecə baş nazir Binəli Yıldırımın Türkiyə Böyük Millət Məclisində (TBMM) bombalanan otağıdır. Azərbaycan bayrağını da burada dalğalandırdım. Çünki bizim bizdən başqa dostumuz yoxdur”.(Publika.az)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: