Bill Qeytsin sərvəti inanılmaz həddə çatdı

Dünyanın ən zəngin iş adamı Bil Qeytsin sərvəti Kanada Milli Dəmiryol şirkəti və “Ekolab”dan gələn qazanclarla 90 milyard dollara çatıb.

Cümhuriyyət.az xəbər verir ki, “Microsoft”un qurucusunun sərvəti ən yaxın rəqibi ispaniyalı iş adamı Armansio Oteqadan 13.5 milyard dollar daha çoxdur. “Bloomberg Milyarderlər indeksi”nə görə Qeytsin sərvəti eyni zamanda ABŞ-ın daxili ticarətinin 0.5 %-ni təşkil edir.

Yeni məlumatlara əsasən tanınmış iş adamı ötən ilə nisbətdə sərvətinə daha 15 milyard dollar əlavə etməyi bacarıb.

Bil Qeys ölkə olsaydı Dünya Bankının sıralamasında Ukraynanı keçərək dünyanın ən güclü 63-cü iqtisadiyyatına sahib olacaqdı.

bill2

“Milyarderlər İttifaqı”nın 2018 projesi: II İbrahimbəyov kimdir? – Özəl

Sonrakı Yazı »

Türkiyədə seks kaseti işi ilə bağlı onlarla şəxs həbs edildi

%d bloqqer bunu bəyənir: