Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Biletsiz şəxslərin Heydər Əliyev hava limanına daxil olmasına icazə verildi

Artıq bileti olmayan şəxslərin Heydər Əliyev Beynəlxalq Hava Limanına daxil olmasına icazə verilib.

Anspress bildirir ki, bu barədə Azərbaycan Hava Yolları” QSC-dən deyilib.

“Təhlükəsizliklə bağlı bu günə qədər yalnız bilet alan şəxslər terminallar binasına buraxılırdı. Lakin bu gündən etibarən sərnişinləri yola salan və qarşılayan insanlar binaya girə bilər”, – deyə hava limanından verilən məlumatda deyilir.

Xatırladaq ki, İstanbul Atatürk Hava Limanında baş verən terror hadisəsindən sonra paytaxt Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təhlükəsizlik tədbirləri gücləndirilmişdi. Bileti olmayan şəxslər hava limanına buraxılmırdı.

Bu günə qədər Daxili İşlər Naziliyinin əməkdaşları hava limanı ərazisinə daxil olan bütün maşınları xüsusi təlim görmüş itlərlə yoxlamadan keçirib.

Xarici uçuşların həyata keçirildiyi terminalda uçuş üçün biletləri olmayan şəxslərin binaya daxil olmasına icazə verilməyib. Hətta yaxınlarını qarşılamaq istəyənlər də, hava limanına buraxılmayıb. Hava limanına yalnız sərnişinlər bilet və xarici pasport təqdim edildikdən sonra buraxılıb.

Onu da xatırladaq ki, Türkiyənin Atatürk Hava Limanında baş verən terror hadisəsi 45 nəfərin həlak olması, 250-dən çox insanın yaralanması ilə nəticələnib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Diabet xəstələri bu meyvələri yeyə bilər – SİYAHI

%d bloqqer bunu bəyənir: