Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Biləsuvar rayonunda Qarabağ Müharibəsi əlilləri üçün inşa olunmuş 3 fərdi yaşayış evinin açılışı oldu

acilisTədbir 01 aprel 2016-cı il tarixdə  rayonun Əliabad kəndində Qarabağ Müharibəsi əlili Ağayev Saleh Xanlar oğlu üçün tikilmiş  fərdi yaşayış evində keçirildi.
Açılışda  Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev, hüquq mühafizə orqanlarının, rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri  iştirak etdi.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək bildirdi ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş və sağlamlığını itirmiş insanlarımızın  problemləri hər zaman dövlətimizin diqqət mərkəzində olmuşdur.Ölkə rəhbəri cənab İlham Əliyevin bu insanlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq rayonumuzda da Qarabağ müharibəsi əlilərinin, şəhid ailələrinin maddi-məişət vəziyyətini yaxşılaşdırmaq məqsədilə 64 mənzilli 4 yaşayış binası, 14 fərdi yaşayış evi tikilib istifadəyə verilmiş, 34 nəfər avtomobillə təmin edilmişdir.Hazırda 3 fərdi yaşayış evinin tikintisidə başa çatmaq üzrədir.Bundan sonra da bu qəbildən olan insanlarımız daim diqqət mərkəzində olacaq və onlar daima hərtərəfli qayğı ilə təmin olunacaqlar.
M.Quliyev yeni mənzilə köçən  Qarabağ müharibəsi əlillərinə və ailələrinə xoş sözlərini  bildirərək, onlara yeni mənzillərində daima xoş günlər arzuladı.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev çıxış edərək respublikamızın bütün bölgələrində imtiyazlı şəxslərə göstərilən dövlət qayğısında danışdı.Bildirdi ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Dövlət Proqramlarına uyğun olaraq Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və digər imtiyazlı şəxslər dövlət qayğısı ilə tam təmin olunublar.Onların mənzil şəraitinin yaxşılaşdırılması, müailcə və müayinələrinin təşkili mütəmadi olaraq həyata keçirilir və bu işlər bundan sonra da davam etdiriləcəkdir.
Ç.Əliyev hər üç ailəyə yeni mənzillərinə köçmələri münasibətilə gözaydınlığı verdi.
Milli Qəhraman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov çıxış edərək yeni mənzillərinə köçmələri münasibətilə Qarabağ müharibəsi əlillərinə öz  xeyir-duasını verdi.
Qarabağ müharibəsi əlilləri Saleh Ağayev, Akif Cəfərov və Vüqar Əliyev çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyev cənablarına  dərin minnətdarlıqlarını bildirdilər.
Mənzillərin açarları sahiblərinə verildikdən sonra  açılışı bildirən lent kəsildi və evə baxış keçirildi.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Sabah yağış yağacaq

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: