Now Reading:
Biləsuvarda 3 nəfər 30 yaşlı kişini baltaladı
Full Article 30 second read

Biləsuvarda 3 nəfər 30 yaşlı kişini baltaladı



Biləsuvarda üç nəfər 30 yaşlı kişini baltalayıb

Biləsuvarda ağır cinayət hadisəsi törədilib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Biləsuvar şəhərində qeydə alınıb. Şəhər sakinləri – 1989-cu il təvəllüdlü Rüfət İlqar oğlu Qarelikov, 1983-cü il təvəllüdlü Elməddin Baxşeyiş oğlu Şahverənov və qardaşı, 1981-ci il təvəllüdlü Niyaməddin Şahverənov xuliqanlıq zəminində həmyerliləri, 1986-cı il təvəllüdlü Elvin Famil oğlu Abbasova balta, bıçaq və küt alətlərlə xəsarət yetiriblər.

Xəstəxanaya yerləşdirilmiş E.Abbasovun vəziyyəti orta-ağırdır. R.Qarelikov, E.Şahverənov və qardaşı Niyaməddin tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: