Loading...
Loading...
vidadi

Beytulla Hüseynov: “Rəhbərliyə 10 yox, 22-24 milyon manat vermişəm”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktlına münasibət bildirən Cəlil Cəfərov, Qəmbər Bəybalayev və Səhrab Hümbətov özlərini təqsirli bilmədiklərini deyiblər.

Daha sonra Beytulla Hüseynov ifadə verib. B. Hüseynov dəymiş ziyanı ödəməyə hazır olduğunu bildirib: “İttiham aktında olan rəqəmlərlə razı deyiləm, şişirdilmiş rəqəmlərdir. Bakı Telefon Rabitə İstehsalat Birliyində 2015-ci ildə orta aylıq əmək haqqı 700 manat idi. Mən icraçı adamam və bu vəzifəyə pillə-pillə gəlmişəm. Nazirliklə razılaşdırmışdıq ki, gəlirlərin 80 faizi nazirliyə verilsin, 20 faizi bizə qalsın. Əli Abbasov da bununla bağlı ifadə verib. Bizdə olan vəsaitin 6 faizi qovşaqlarda qalıb, 4 faizini isə paket vermişik. Dövlətə nə zərər vurmuşam, ödəməyə hazıram. Şəhid ailələrinə, əlillərə pulsuz telefon çəkmişdik. Avropa Oyunları zamanı bizə xüsusi tapşırıq verilmişdi. Sifarişçi “Azəryolservis” ASC idi. Biz işləri uğurla yerinə yetirdik, lakin ödəniləcək vəsaitin 4 faizini ala bilmədik. Gördüyümüz işlərə görə dövlətdən mükafat aldıq. Mən Qarabağ müharibəsi veteranıyam. Xahiş edirəm, bunları nəzərə alasınız”.

Prokurorun sualların cavablandıran B. Hüseynov deyib ki, göstərişi rəhbərlikdən alıb. O, bildirib ki, rəhbərliyə 10 milyon yox, 22-24 milyon manat verib. Pulu kimə verdiyini isə açıqlamayıb: “Mənim mənimsədiyim 2 milyon 800 min manatdır. Onu da yaxın zamanda ödəyəcəyəm”.

B. Hüseynov Avropa Oyunları zamanı görülən işlərlə bağlı 4 milyon 600 min manatı hələ də almadığını deyib. (APA)

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Taleh Bağırov cərimə kamerasına salınıb

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: