Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
88481

“Beynəlxalq təşkilatların ölkəmizə diqqəti lazımi səviyyədə deyil”

Zümrüd Yağmur: “Dağınıq müdafiə komitələrinin ciddi bir effekti yoxdur”

Azərbaycanda son vaxtlar həbsdə olan şəxslərin hüquqlarının müdafiəsi ilə məşğul olan müxtəlif komitələrin, müdafiə təşkilatlarının sayı artmaqdadır. Hansı ki, bunlardan biri də sabiq prokurorluq əməkdaşı Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsidir ki, bu komitənin üzvləri arasında ölkənin bir çox tanınmış hüquqünasları, ziyalıları, jurnalistləri birləşir.
Maraqlıdır, Azərbaycan reallığında müdafiə komitələrinin effektiv fəaliyyəti mümkündürmü? Bu komitələrin daha səmərəli fəaliyyətini təmin etmək üçün hansı addımlar atılmalıdır?
Moderator.az-a açıqlama verən yazıçı Zümrüd Yağmur hazırkı şəraitdə ölkəmizdə müdafiə komitələrinin fəaliyyəti üçün əlverişli şərait olmadığını və bunun bir sıra amillərdən qaynaqlandığını vurğuladı:
“Bizim Rüfət Səfərov və dini inanclı insanların hüquqlarının müdafiə olunması ilə bağlı toplantıda bir müzakirəmiz oldu. Həmin toplantıda qeyd olundu ki, indiki halda müdafiə komitələrinin effektiv fəaliyyəti mümkün deyil. Problemdən çıxış yolları təklif olundu. Bəzi yoldaşlar təklif etdi ki, müdafiə şuraları koordinasiya mərkəzlərində birləşdirilsin. Beynəlxalq təşkilatlar, hüquq müdafiəçiləri və s. qurum və şəxslərlə effektiv əməkdaşlıq forması müəyyənləşdirilsin.
Dağınıq müdafiə komitələrinin ciddi bir effekti yoxdur. Azərbaycan toplumunda həbs olunmuş insanların müdafiəsi, işgəncə faktlarına reaksiya istənilən səviyyədə deyil. Bu, yalnız Azərbaycanın daxili ilə qalmır. Azərbaycanda baş verən işgəncə faktları dünyanın diqqətini lazımınca cəlb etmir. Bu gün 75 nəfəri öldürmüş Anders Breyvikin müdafiəsini daha güclü şəkildə təşkil edirlər. Onun biradamlıq kamerada saxlanılmasını bu şəxsin hüquqlarının pozulması kimi dəyərləndirirlər. Azərbaycanda isə Nardaran işinə görə həbs edilən insanlarla bağlı üzə çıxan işgəncə faktlarına görə beynəlxalq aləm lazımi reaksiya göstərmir. Bunun bir səbəbi də odur ki, biz bu işgəncə faktlarını dünyaya lazımınca çatdıra bilməmişik. Ikincisi, beynəlxalq təşkilatların da ölkəmizə diqqəti lazımi səviyyədə deyil”.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Bu xəstəxananın təxirəsalınmaz tibbi yardım şöbəsi ləğv edildi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: