Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Beynəlxalq Sığorta Şirkətinin rəhbərliyində ciddi dəyişiklik – FİLİALLAR DA BAĞLANDI

Beynəlxalq Sığorta Şirkətinin rəhbərliyində ciddi dəyişiklik baş verib.

APA xəbər verir ki, İdarə Heyəti sədrinin I müavini Nərmin Muradova işdən çıxıb. Hal-hazırda onun yerinə təyinat yoxdur. Digər dəyişikliyə gəlincə, İdarə Heyətinin üzvləri Qoşqar Şəkərəliyev və Məmməd Həmidov, o cümlədən Təftiş Komissiyasının üzvləri Qeysər Səfərəliyeva və Elxan Abbasov da işdən çıxıblar.

Virtualaz.org-un əldə etdiyi məlumata görə, Beynəlxalq Sığorta Şirkəti Gəncə, Sumqayıt və Şəki şəhərlərindəki filiallarının fəaliyyətini də dayandırıb. Bunun xərclərin azaldılması və qənaət tədbirləri çərçivəsində edildiyi bildirilir.

Beləliklə, şirkətin filialı qalmayıb. Regionlarda ancaq qəza komissarları fəaliyyət göstərəcək.

Məlumatda o da bildirilir ki, hazırda Beynəlxalq Sığorta Şirkətində sığorta məhsullarının satışı yalnız baş ofisdə – Bakı şəhərinin Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi,56 ünvanında həyata keçirilir. Şirkət sığorta hadisələri ilə bağlı müraciətləri isə həm baş ofisində, həm də paytaxtın Yasamal rayonunun Nəcəfqulu Rəfiyev küçəsi,17/26 ünvanındakı Xətai ofisində qəbul edir.

Xatırladaq ki, Beynəlxalq Sığorta Şirkəti 2002-ci ildə yaradılıb. Şirkətin səhmlərinin hamısı Azərbaycan Beynəlxalq Bankına məxsusdur.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Samir Şərifov: “Son illərdə Dünya Bankının kreditlərindən istifadə əmsalı artıb”

%d bloqqer bunu bəyənir: