Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Beynəlxalq hüquq beynəlxalq hüquqsuzluğa çoxdan uduzub”

Rövşən Rzayev: “Real vəziyyət bundan ibarətdir”

Millət vəkili Rövşən Rzayev Moderator.az-a açıqlamasında dünyanın bəzi iri güclərini beynəlxalq hüquq normalarına əməl etməməkdə, bu normaları yalnız özlərinə sərf edən zaman yada salmaqda ittiham edib. R.Rzayevin sözlərinə görə, artır bəlli bir müddətdir ki, beynəlxalq hüquq hüquqsuzluğa məğlub olmaqda, iri dövlətlərə lazım olan zaman yada düşməkdədir:

“Reallıq bundadır ki, beynəlxalq hüquq beynəlxalq hüquqsuzluğa çoxdan uduzub. Bu gün beynəlxalq hüquq daha çox iri dövlətlərin işinə yarayanda, onlara sərf edəndə yada düşür. Lakin digər hallarda beynəlxalq hüquqa, onun prinsiplərinə əməl etməyə maraq göstərilmir, bu prinsiplərin icrası müxtəlif bəhanələrlə əngəllənir. Bu gün beynəlxalq hüququn real görüntüsü bundan ibarətdir”.

 

Seymur Əliyev

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Erməni silahlı bölmələri atəşkəs rejimini 22 dəfə pozub

%d bloqqer bunu bəyənir: