Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Beynəlxalq Bankdan 50 milyon necə silinib? – Özəl

husu

Hüsü Musayev

Beynəlxalq Bankın keçmiş rəhbəri, “kredit qalmaqalı”na görə həbs edilən Cahangir Hacıyevin nəzarətində olan “İntersekyurti” şirkətinin keçmiş əməkdaşı Hüsü Musayev 24saat.org-a yeni məlumatlar verib. Qeyd edək ki,  bir neçə gün əvvəl saytımızda Hüsü Musayevin müraciətini dərc etmişdik. O bildirirdi ki, “İntersekyurti” şirkətində işləyənlərin adına külli miqdarda kredit götürülərək mənimsənilib. Hüsü Musayevin sözlərinə görə, bu məsələdə Cahangir Hacıyevə yaxınlığı ilə seçilən, keçmiş MTN işçisi, Beynəlxalq Bankın və onun keçmiş rəhbərinin nəzarətində olan şirkətlərin təhlükəsizliyi ilə məşğul olan Qubad Hüseynovun xüsusi rolu var. “Amma nədənsə “İntersekyurti” şirkətinin rəhbəri İbrahim Hüseynov həbs olunsa da, Qubad Hüseynov azadlıqdadır”,- deyə Hüsü Musayev bildirmişdi.

Bu dəfə isə Hüsü Musayev kreditinin məbləğini və bu işdə əsas fiqurlardan olan daha bir şəxsin adını açıqlayıb. Onun sözlərinə görə, kreditin məbləği toplam olaraq 50 milyon manata yaxındır. Hüsü Musayev deyir ki, bu məsələyə görə şirkətdən 4 nəfər həbs olunub: “Onlardan biri İbrahim Hüseynovdur.  Digər 3 nəfər isə sadə işçilərdir. Onların məsələdən ümumiyyətlə xəbərləri yoxdur. Sadəcə şəxsiyyət vəsiqələrini alıb adlarına külli miqdarda kredit yazıblar. İbrahim Hüseynov isə “qurbanlıq fiqur” kimi önə verilib”.

Hüsü Musayev bildirir ki, bu işdə Qubad Hüseynovla yanaşı Cahangir Hacıyevin müavini, hazırda da Beynəlxalq Bankda müavin vəzifəsində çalışan Emil Mustafayevin xüsusi rolu var: “Məhz bu şəxs Cahangir Hacıyevin göstərişi əsasında kredit adı altında bankdan külli miqdarda pul silib. Təbii ki, bu məsələdə onun da maraqları olub. Yoxsa bu qədər riskin altına girməzdi”.

Hüsü  Musayev bildirir ki, kreditlər bu işdə rol alan şəxslərin dəbdəbəli yaşayışına sərf edilib. “İndi onların təqsiri üzündən günahsız adamlar həbsdədir. Amma bu şəxslər azadlıqda gəzir”,-deyə Hüsü Musayev bildirib.

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

İlkin fenomeni

%d bloqqer bunu bəyənir: