Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
61101

“Beynəlxalq Bank” işi apellyasiya instansiyasında

 “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya  şikayəti icraata götürülüb. Şikayət üzrə məhkəmənin ilkin baxış iclası hakim Əflatun Qasımovun sədrliyi ilə dekabrın 9-da keçiriləcək.

Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər əməllərdə ittiham ediliblər. və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadova əlavə olaarq qanunsuz silah saxlama ittihamı da verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hpkmü ilə C. Hacıyev 15 il, Azad Cavadov 10 il 11 ay, Yusif Ələkbərov 7 il 6 ay, İbrahim Hüseynov 6 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər. Anar Sultanov, Kənan Orucov, İlqar Abdullayev və Məmməd Cahangirov 3 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Hökmdə bildirilir ki, Cahangir Hacıyevdən 63 milyon 80 min manat tutularaq, Beynəlxalq Banka, 7 milyon manat tutularaq isə “Aqrokredit” QSC-yə verilsin.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayətlərində barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Həbsdəki idmançı qız yenidən hakim önündə

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: