Beynəlxalq Bank ili zərərlə başa vurub


Azərbaycan Beynəlxalq Bankı (ABB) 2015-ci ili 823.6 milyon manatlıq zərərlə başa vurub. Bank 2014-cü ili 14 milyon 363 min manat mənfəətlə başa vurmuşdu.

 

«Report» banka istinadən xəbər verir ki, ötən il ABB-nin faiz gəliri 8.26% azalaraq 606 milyon 716 min manat təşkil edib. Faiz xərcləri isə 30.77% artaraq 490 milyon 65 min manata çatıb. Nəticədə bankın faiz mənfəəti 116 milyon 651 min manat təşkil edib ki, bu da illik müqayisədə 59.3% azalma deməkdir.

ABB-nin aktivləri illik müqayisədə 48.5% artaraq 2016-cı il yanvarın 1-nə 13 milyard 657 milyon 275 min manata çatıb. Aktivlərin tərkibində müştərilərə verilmiş kreditlərin həcmi 5 milyard 635 milyon 583 min manat təşkil edib. Bu da, öz növbəsində, əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 28.3% azdır.

2015-ci ildə ABB-də «kredit qalmaqalı» yaşandı. Belə ki, 100 milyonlarla kreditlər biznes və s. adlarla verilsə də, qaytarılması təmin edilə bilmədi. 2015-ci ilin mayından etibarən kredit borcu olanların ölkədən çıxışlarına qadağa qoyuldu. Keçən ilin əvvəlində bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev vəzifəsindən istefa verdi və daha sonra həbs edildi.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Neftin qiyməti 50 dolları keçib

%d bloqqer bunu bəyənir: