Loading...
Loading...

Beyləqan təhsilində saxta diplom müəmması: Tofiq Sadıqov- Kapital Bank yaxınlığı

tofiqsadiqCumhuriyyət. az olaraq bir müddət əvvəl Beyləqan rayon təhsil şöbəsində baş verən qanunsuzluqlar barəsində adının çəkilməsini istəməyən bir şəxsin fikirlərini dərc etmişdik. Həmin yazı dərc edildikdən sonra rayon təhsil şöbəsində müəyyən gərginliklərin yaşandığı qeyd edilir. Əvvəlcə dəyərli oxucularımızdan ötən dəfəki yazıya bir daha diqqət etmələrini xahiş edir və yazının sonunda daha bir yeni informasiyanı bölüşməyi lazım bilirik. Beləliklə, Beyləqanda təhsil adına yaraşmayan hərəkətlərin baş verməsində rolu olan qəhrəmanlar haqqında.
Beyləqan rayon icra hakimiyyətindən adının çəkilməsini istəməyən mənbə cumhuriyyət.az-ın elektron poçtuna ilginc məlumat göndərib. Məlumatda qeyd edilənləri dəyərli oxucularımıza təqdim edirik: “Beyləqan rayon şahmat məktəbində saxta diplomla işləyən müəllimə var. 1978 ci il təvəllüdlü olan Dilarə Nemətli üç uşaq anasıdır və ailəsindən boşanıb. Onun diplomunun saxta olması rayon prokurorluğu tərəfindən yoxlanıldı və təsdiqini tapdı. Ancaq Dilarənin havadarları bu işin rayon prokurorluğunda ört-basdır olunmasına nail oldular. Sonradan onu güya ki, birinci dərəcəli şahmatçıdır deyərək işdə saxladılar. Bu məsələ tamamilə qanusuz və saxtadır. Çünki birinci dərəcəli şahmatçı hər il respublika turnirində iştirak edib, nəticəsini təzələməlidir. Bu prosedurlara Dilarə Nemətli əməl etmir. Saxta diplom qalmaqalı ilə bağlı təhsil nazirliyindən yoxlama gəldi və saxta diplomun bir nüsxəsi də onlara təqdim olundu. Şahmat məktəbində ali təhsilli, şahmatı bacaran pedaqoqlar ixtisara düşdü, idman ustalığına namizədlər ixtisara düşdü ancaq bu adamı yerindən tərpədən olmadı. Beyləqan təhsil şöbəsinin müdiri Tofiq Sadıqova, şahmat məktəbinin direktoru İlkin Əhmədova belə bir sual edirik. Saxta diplomlu olan Dilarə Nemətli sizlərin hansı maraqlarınızı təmin edir ki, onu hələ də işdə saxlayırsınız? Bu adamın pedoqoji təhsili yoxdur, güya ki, Göyçay sənaye kollecini bitirib. Hal hazırda həmin məktəbdə davamlı dərs keçirilmir ancaq Dilarə və digər şəxslər dövlətdən havayı əmək haqqı almaqda davam edirlər. Hörmətli redaksiya, Beyləqan rayonunda qanuna zidd əməllər bununla bitmir. Rayonda məmur özbaşnalığı baş alıb getməkdədir. İnsanlar sözünü deyə, haqqını əldə edə bilmir. Çünki rayonun rəhbərinin işi gücü rüşvət yığmaq və bacardıqca daha çox oğurlamaqdan ibarətdir. Beyləqanda dövlət, dövlətçilik haqqında heç bir məmur fikirləşmir. Onlar üçün ən əsas olan şəxsi gəlirlərini artırmaqdır. Xahiş edirik ki, bu məsələni kiv-də kütləvi şəkildə ictimailəşdirin”.
Eyni mövzu ilə bağlı mənbəmiz yenidən müraciət edərək növbəti informasiyanın ictimailəşməsini xahiş edir. Bununla bağlı cumhuriyyet.az-a göndərilən informasiyanı yazıya əlavə edərək yenidən dəyərli izləyicilərimizin mühakiməsinə təqdim edirik: “Hörmətli redaksiya, sizin bu yazınız işıq üzü gördükdən dərhal sonra rayon təhsil şöbəsi, şahmat məktəbi və bir sıra dövlət orqanlarında sözün əsl mənasında böyük gərginliklər yaşanmağa başladı. Rayon rəhbərliyi əvvəlcə bu informasiyanın haradan sızdırıldığını öyrənmək tapşırığı verdi. Bütün bunlar əmələ gəlməyəndə adları çəkilən şəxslər sanki acıq edirlər kimi davranmaya başladılar. Bu adamlar daha qabarıq formada qanunları pozmağa və əsərin qəhrəmanı Dilarə Nemətlini açıq müdafiəyə keçdilər. Həmin vaxtdan bu günə kimi Dilarə istədiyi vaxt işə gəlir, istədiyi vaxt gəlmir. Dərsi onun yerinə 11-ci sinfi qurtarmış, heç bir təhsili olmayan Mehriban adında olan qızı deyir. Görün Beyləqan təhsilində nə qədər özbaşnalıqdır ki, heç olmasa Dilarəni əvəz edəcək ali təhsilli bir şəxsə belə müraciət edilmir. Dilarə Nemətlini Kapital bankın Beyləqan filialının xəzinadarı olan qohumu, Yunis Qasımov ciddi-cəhdlə müdafiə edir. Deyir ki, Dilarə haqqında bir söz deyən olsa, qarşısında məni görəcək. Rayon təhsil şöbəsinin müdiri, Tofiq Sadıqov ilə Yunis Qasımov qudadırlar. Tofiq Sadıqovun oğlu Yunis Qasımovun qızı ilə evlidir. Dilarənin hazırda qanunsuz olaraq dərs deyən qızı Mehriban şahmat məktəbində açıqca hamının yanında danışır ki, rayon təhsil şöbəsində əlavə olaraq onlara Sahibxan və Nərminə adlı məmurlar kömək edirlər, Tofiq də ki, bizim adamdır deyərək tam arxayınlıqla öz işlərinə davam etməkdədirlər. Dilarə Nemətlini məlum cinayət işi də açılmamış saxlanıldı və arxivə yönəldildi. Çünki Dilarə bütün proseslərdə təhsilin müdiri, prokurorluğun, polisin müstəntiqlərinin səsini yazmış və hazırda onları şantaj etməklə məşğuldur. Dilarə söyləyir ki, əcəb edib işə getmirəm. Kimin həddi nədir mənə bir söz desin?Bizlər kiməsə şər-böhtan atmırıq, haqqımızı tələb edirik. Beyləqan təhsili ilə bağlı bir sıra qərarların kapital bankın xəzinədarının verməsi bizləri narahat edir. Adam quda olanda belə qanunsuzluqlara imza atar?Biz istəyirik ki, bütün ölkə bilsin ki, Beyləqan təhsili deyəndə savadsızlıq, rüşvət, qohumbazlıq və digər xoşagəlməzliklər başa düşülməlidir. Çünki müdir Tofiq Sadıqov bu müəssisəni dədə mali sanaraq talançılıqla məşğuldur. Xahiş edirik ki, dövlətin ən ali təbəqələri bu məsələ ilə ciddi şəkildə məşğul olsunlar”.
Redaksiyadan: Yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. Mövzu ilə bağlı araşdırmalarımız davam edir.
Elçin İsmayıllı. Cumhuriyyət.az

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

İcra başçısı iğtişaşa çağırdı: “Daş qalaq edin…” – ŞOK SƏS YAZISI

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: