Loading...
Loading...
vaqif

Beyləqan şefinin qardaşı oğlundan növbəti şok fırıldaq – Faktlar

Beyləqanın icra başçısının qardaşı oğlunun növbəti fırıldağı üzə çıxıb. 24saat.org-un xəbərinə görə, bu barədə vəkil Adəm Məmmədov “facebook” profilindən yazıb.

Onun sözlərinə görə,iki gün bundan əvvəl Yalçın Abdullayev və əmisi oğlu Yunis Abdullayevin fırıldaqçılıqlarından və istintaq orqanlarında araşdırma getməsi haqda məlumat vermişdi. Vəkilin son yazdıqlarını olduğu kimi təqdim edirik:

“Bundan sonra Yalçın Abdullayev mən istinad etdiyim saxtda yolla əldə etdiyi həmin mülkiyyət sənədlərini götürüb əlində bayraq edərək, guya dediklərimə təkzib verirmiş kimi, müxtəlif xəbər portallarını gəzərək özünə bəraət qazandırmaq istəyir.

Etdiyi bu gülünc ikrar hərəkətləri ilə bir daha yalandan and içən adamlar kimi dolayısı ilə özünün günahkar olduğunu etiraf edir. Bir daha nəzərinizə çatdırıram ki, Ali Məhkəmənin Plenumunun qərarına əsasən dələduzluq cinayətlərin törədilmə üsulları aşağıdakı kimi göstərilmişdir.

Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı Qərarının 1-ci bəndinə əsasən, qeyd edilsin ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) IX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir.

Belə olan halda, başa düşmürəm kim demişdi ki, Yalçın Abdullayev həmin əmlakları quldurluq yolu ilə ələ keçirib. Bəli, mən demişdim ki, etibardan sui-istifadə etməklə və aldatma yolu ilə həmin daşınmaz əmlaklara dair mülkiyyət hüququnu ələ keçirmişdir. Yaxşı redaksiyalarınıza gələndə aidiyyəti olmayan məsələlərə münasibət bildirəndə verdiyi 300 min ABŞ dolları əvəzində 2 milyon 880 min ABŞ dolları dəyərində əmlakları ələ keçirəndə niyə münasibət bildirməyib?

Yəni bunu ondan soruşmaqda olmazdı? Lakin Yalçın Abdullayev əmin olsun ki, istintaq ona bu sualları verəcək. Yalçın Abdullayev adlı şəxslə mənim nə hüquq müstəvisində, nədə şəxsi münasibətlər zəminində heç bir yaxınlığım olmayıb, qərəzimdə yoxdur. Sadəcə etdiyi fırıldaqçılıq əməlləri insanda o qədər ikrar hissi oyadır ki, mən onun qurbanlarına təmənnasız belə yardım etməyə hazıram.
Nəzərinizə çatdırım ki, artıq belə müraciət edənlər var. Düzdür bu müraciət edənlərin bəziləri Yalçın Abdullayevin nüfuzlu qohumlarından və onu himayə edən yüksək vəzifəli prokurorluq işçilərindən ehtiyat edirlər.
Lakin biri cəsarətli davranıb 500 min ABŞ dolları dəyərində olan 2 hektar torpaq sahəsini anoloji vəziyyətdə ələ keçirmişlər. Belə ki, Seyfəliyev Nicat adlı şəxsin mülkiyyətində olan 2 hektar torpaq sahəsini Xəyyam Balayev adlı şəxs Yalçın Abdullayevə guya borcu olduğu üçün (hərgah bunların hər ikisi eyni məqsədlərlə hərəkət edən və bir-birini tanıyan adamlardı) dolayısı ilə Yalçının qohumlarının adına keçirtmişdir.
Bu qədər təsadüf sizləri təəcübləndirmir, şəxsən məni qıcıqlandırır. Həmin mülk və əmlak sahiblərinin pisxoloji sarsıntılara uğradır. Bir daha təkrar edirəm, Yalçın Abdullayevi himayə edən yüksək vəzifəli şəxslər həmin şikayətçilərə digər formada müxtəlif orqanlara çağrıb hədə-qorxu vasitəsi ilə onlara verilən şikayətlərin geri çəkilməsinə nail olunmasına çalışırlar.
Mən bu işin sonunacan arxasındayam, qohumlardan ibarət fırıldaqçı dəstənin ifşa olunması üçün qanun çərçiəsində bütün demokratik resuslardan istifadə etməyə çalışacam.
Nədənsə demək olar ki, aparılmış notariat əməliyyatları 12 saylı notariat kontorunun xüsusi notariusu Hacıyev Hünər Zabil oğlu tərəfindən həyata keçrilmişdir. Sonda məlumat üçün iki məsələyə diqqətinizi çəkmək istəyirəm.

Birincisi, Yalçın Abdullayevin əmisi oğlu Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsində açılmış dələdduzluq cinayət işi üzrə həbsdə olduğu dövürdə vətandaşlara vurduğu 70 min ABŞ dollar ziyanı tam ödədiyi üçün dələduzluqda ittiham olunan və barəsində 3 aylıq məhkəmənin qərarı ilə seçilmiş həbs qətimkan tədbiri dəyişdirlərək müvəqqəti həbsdən azad edilmişdir.
Hazırda Yunis Abdullayev barəsində yeni epizodlar üzrədə cinayət işi davam edir.
İkincisi, diqqətinizə çatdırmaq istədiyim məsələ odur ki, dəyəri milyonlarla ölçülən Yalçın Abdullayevin ələ keçirdiyi daşınmaz əmlakların, əgər Yalçın Abdullayev əksini sübut etməyə qalxırsa onda həmin məbləğin hardan və necə ələdə etməsinidə sübut etməlidir. Burda olduqca çox incə bir mətləb var.
Qurbanlara faizə verilmiş pullar Yalçının tək özünə məxsus deyil, onun himayədarları və yaxın qohumlarının pullarıdı. Çünki vergi ödəyicisi olan Yalçın Abdullayevin son beş illik fəaliyyətini hesablamaq o qədərdə çətin olmayacaq.
Bax onda Yalçın həmin pul sahiblərinin adını şirin-şirin söyləyəcək. Eyni zamanda Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Müşviq Qubadov Yunis Abdullayevi himayə edir.
Yəni, onun barəsində 3 aylıq həbs qətimkan tədbirinin seçdirməsinə baxmayaraq, 3 ay tamam olandan sonra Yunisin həbsinin uzadılması haqqında tədbir görməmişdir. Dediklərim faktlar haqqında məlumatlar əldə etmək istəyirsinizsə Nərimanov və Nəsimi rayon Polis İdarələrinin istintaq şöbələrinə müraciət edib öyrənə bilərsiniz”.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Korrupsiyadan korrupsiyaçıya şikayət mexanizmi?

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: