Loading...
Loading...

Beyləqan da ayağa qalxdı – Foto

 

Beyləqan da ayağa qalxıb. 24saat.org-a verilən məlumata görə, rayonun Əlinəzərli kənd sakinləri su problemi ilə bağlı etirazlarını bildiriblər.

Belə ki, onlar kənddəki əkin sahələrinin suvarılması üçün su verilmədiyinə görə, rayon icra hakimiyyətinin binasının qarşısına toplaşıblar.

Sakinlər bildiriblər ki, kənd bələdiyyəsinin nümayəndələri kənd sakinlərdən torpaqlarının hektarına uyğun su pulu yığırlar.

Kəndə isə suvarma suyu verilmir və sakinlərin əzab-əziyyətlə əkib becərdikləri məhsullar susuzluqdan məhv olur.

Onları dinləyiblər və problemin həlli ilə bağlı yenilik yoxdur. Bundan qabaq Astarada işdən çıxarılan 104 fəhlə aksiya keçirmişdi.

Onlar “Təmir Tikinti” MMC-dən haqlarını tələb edirdilər. Qeyd edək ki, iqtisadi böhranın dərinləşməsi əyalətlərdə etirazların baş qaldırması ilə müşayiət olunur.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

SOCAR-ın məktəbində çalxalanma: şagirdlər və əcnəbi müəllimlər qaçdı – Özəl

Loading...
%d bloqqer bunu bəyənir: