Beyləqanda tualetin açılışı oldu – RƏZALƏTİN FOTOLARI


– Qonşu sən orda neynirsən? – Rəhmətliyin oğlu burda neyniyərlər?

“Bizim Cəbiş müəllim” filmindən olan bu sitat bu gün Beyləqan şəhər 1 və 4 nömrəli tam orta məktəblərində baş verən açılış mərasiminə tam aid ola bilər.

Belə ki, ölməyib, tualetin açılışı mərasiminin də keçirilməsini gördük. Adını da mədəni qoyublar -yeni sanitar qovşağın açılışı.

24 saat.org saytı gün.Az-a istinadən xəbər verir ki, bu möhtəşəm hadisə barədə “Facebook” sosial şəbəkəsində paylaşan insanlar, fotoları da yayıblar.

Qeyd olunur ki, mərasimdə hətta, Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev də iştirak edib.

Tədbirin “ən maraqlı” məqamı isə ondan ibarət olub ki, tualetin açılış mərasimində Azərbaycan himni səsləndirilib…

Öz tərəfimizdən qeyd edək ki, Azərbaycan tarxində bəlkə də ilk dəfədir ki, belə bir analoqu olmayan “hadisə” baş verib.

Özü də indiyədək tək bizdə deyil, dünyanın hələ heç bir yerində tualetin açılış mərasimi kimi hadisə yaşanmayıb, yaşanıbsa da, görünür, biz bu “tarixi anı” qaçırmışıq…

Kamil Həmzəoğlu

tualet2

tualet3

 

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

İki erməni əsgəri müəmmalı şəkildə öldü

%d bloqqer bunu bəyənir: