Now Reading:
Beyləqan: Mədəniyyət Evi müdiri işçilərin maaşını kəsir
Full Article 2 minutes read

Beyləqan: Mədəniyyət Evi müdiri işçilərin maaşını kəsir



Bu günlərdə Beyləqan Rayon Elektrik Şəbəkəsi Beyləqan Mədəniyyət Evinə verilən elektrik enerjisini kəsib. Buna səbəb mədəniyyət evinin uzun müddət istifadə etdiyi elektrik enerjisinə görə pul borclarını ödəməməsidir.

24saat.org-a daxil olan məlumata görə, Beyləqan Mədəniyyət Evinin müdiri Mirzəyev Nazim isə işçilərinin maaşlarından kəsərək elektrik borclarını qapatmaq istəyir. Maaşlarının kəsilməsinə etiraz edən əməkdaşlar isə müdirin təzyiqlərinə məruz qalırlar. Qeyd edək ki, bu, N.Mirzəyevin ilk belə qanunsuz işi deyil. Mətbuatda Beyləqan rayon Mədəniyyət və Turizm Şöbəsində ciddi yeyinti faktları yer alıb. Nazim Mirzəyev və şöbənin baş müsahibi Məhəmməd Həsənovla dövlətin küllü miqdarda vəsaitini müxtəlif işlərin görülməsi adı altında mənimsəyiblər. Həmin məlumatda iddia edilir ki, Nazim Mirzəyev Mədəniyyət və Turizm şöbəsinin baş mühasibi Məhəmməd Həsənova məxsus “Elmir-Murad” MMC vasitəsilə olduqca maralı maliyyə maxinasiyalarına imza atır. Belə ki, adıçəkilən MMC vasitəsilə kənd klublarının, mədəniyyət evlərinin, kitabxana binalarının cari təmiri üçün vəsait ayrılır, sonradan isə həmin vəsaitin əhəmiyyətli hissəsi Nazim Mirzəyev və Məhəmməd Həsənov tərəfindən mənimsənilir. Daxil olan məlumata görə, təkcə ötən il Mədəniyyət və Turizm Şöbəsinə ayrılan 120 min manat vəsait məhz Məhəmməd Həsənova məxsus “Elmir-Murad” müəsissəsinə verilib. Ayrılan vəsaitlər isə həmişəki kimi Təzəkənd, Bolsulu, Milabad, Kəbirli, Dünyamallar, Əlnəzərli, Qəhrəmanlı və digər kəndlərdə yerləşən kitabxanaların, mədəniyyət evlərinin, klubların “cari təmiri”nə, həmçinin digər avadanlıqların alınmasına “xərclənib”. İnformasiya mənbəmiz iddia edir ki, Nazim Mirzəyev baş mühasibi ilə hər ay Mədəniyyət və Turizm Şöbəsində işləyən işçilərin əmək haqqından 10 manat kəsməklə ayda 3 min manata yaxın qazanc əldə edirlər. Bundan başqa musiqi məktəbində işləyən müəllimlərin adına yazılan artıq dərs saatlarının puluna məhz Məhəmməd Həsənov nəzarət edir. Baş mühasib artıq dərs saatlarından ayda 2 min manatdan çox gəlir götürür.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: