Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Berti Foqts Azərbaycan futbolunu “yıxıb-sürüdü”

İsveç mətbuatı Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Höteborq” matçı öncəsi Azərbaycan futbolu ilə bağlı araşdırma aparıb. Futbol11.az xəbər verir ki, skandinaviyalılar araşdırmada Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqtsun fikirlərinə də yer verib.

Almaniyanlı çalışdırıcı ölkəmizdə işlədiyi vaxtlarda gördüklərini belə izah edib: “Azərbaycan futbolu çox çətin inkişaf edir. Uşaq və gənclərə az diqqət ayrılır. Amma əksinə etmək lazımdır. Onlara şərait yaratmalıdırlar. Azərbaycanlı futbolçular özlərindən razıdırlar. Onlar elə bilir ki, hər şeyi bacarırlar. Amma bu, belə deyil. Ölkədə olan futbol meydançalarının çoxu boşdur. Bu da məni orda işləyərkən qəzəbləndirirdi”.

Qeyd edək ki, Berti Foqts 2008-2014-cü illərdə Azərbaycan millisinin baş məşqçisi olub.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

‘Qarabağ’ın futbolçusundan nümunəvi hərəkət – VİDEO

%d bloqqer bunu bəyənir: