Now Reading:
Berlin qondarma “erməni soyqırımı”na dair qətnamə məsələsində Ankaraya güzəşt etdi
Full Article 30 second read

Berlin qondarma “erməni soyqırımı”na dair qətnamə məsələsində Ankaraya güzəşt etdi

“Almaniya hakimiyyəti bu addıma cavab olaraq, Türkiyənin alman deputatlarını İncirlik aviabazasına buraxacağını gözləyir”.


Almaniya hökuməti Bundestaqın qondarma “erməni soyqırımı”nın tanınmasına dair qəbul etdiyi qətnamədən uzaqlaşmaq niyyətindədir, bununla da Türkiyəyə qarşı “siyasi jest” etmiş olacaq.
Bu barədə diplomatik mənbələrə istinadən “Der Spiegel” qəzeti yazır.
Onların sözlərinə görə, hölumətin rəsmi nümayəndəsi Şteffan Zaybert qəbul edilmiş qətnamənin hökumət üçün qüvvədə olmadığı, “yalnız Bundestaqın hüquqi əsası olmayan siyasi bəyanatı” olmasına dair bəyənatla çıxış edəcək.
Almaniya hakimiyyəti, bu addıma cavab olaraq Türkiyənin alman deputatlarını İncirlik aviabazasına buraxacağını gözləyir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: