Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Belarusda azərbaycanlı gəncdən qeyri-adi evlilik təklifi – VİDEO

Minskdə azərbaycanlı gənc öz sevgilisinə qeyri-adi evlilik təklifi edib.

Virtualaz.org Belarus mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı Vüsal Qarayev sevdiyi xanıma – Sevincə sürpriz evlilik təklifini əvvəlcədən hazırlayıb.

Şəhərə gəzməyə çıxan cütlük mərkəzi – sakinlərin daha sıx olduğu rəqs meydanına çatanda Vüsal bir neçə dəqiqəlik qızdan uzaqlaşaraq onu gözləməsini xahiş edib. Bu zaman meydana Qafqaz rəqsləri ifa edən rəqqaslar gəliblər. Bir neçə dəqiqədən sonra meydana qara atın belində Vüsal daxil olub və rəqs edərək Sevinc xanıma evlilik təklif edib.

Vüsal Sevinclə eyni məktəbdə, daha sonra aspiranturada təhsil alıb. O bildirib ki, Sevincin razılığından sonra bir neçə həftə ərzində ailə üzvləri və yaxınların iştirakı nişanlanacaqlar. Daha sonra 300-400 nəfərlik möhtəşəm toy mərasimi olacaq.

 

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Polis “Fənərbaxça”nın sabiq futbolçusunu öldürdü.

%d bloqqer bunu bəyənir: