Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
106175

“Belə atalar dərhal atalıq hüququndan məhrum edilməlidir”

Ailə daxilində baş verən zorakılıqlarda, qətllərdə əsas zərbə uşaqlara dəyir, uşaqlar psixoloji travma alır. Ancaq təəssüflər olsun ki, qətl baş vermis ailələrdə uşaqlar uşaq müəssisələrinə verilib psixoloji yardım almaqdansa, nənə-babaların himayəsinə verilir. Belə uşaqların uşaq müəssisələrinə verilməsinə çox təsadüfi hallarda rast gəlirik. Ancaq deyəsən artıq bu məsələdə müəyyən irəliləyişlər baş verir. Belə ki, bu günlərdə Zərdabda əri tərəfindən başı kəsilən qadının 3 azyaşlı uşağı ailə tipli Gəncə SOS uşaq kəndinə yerləşdirilib.

Moderator.az məsələ ilə bağlı “Təmiz Dünya”  Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikirlərini öyrənib.
Image result for mehriban zeynalova
M.Zeynalova məsələ ilə bağlı bunları deyib: “Göründüyü kimi uşaqlar SOS uşaq kəndlərinə yerləşdirilib və psixoloji yardım alır. Bildiyimə görə, bu addım sosial şəbəkələrdə  uşaqların baxımsızlığı ilə bağlı reaksiya olduqdan sonra atılan addımdır. Halbuki, QHT rəhbəri olaraq mətbuatda, sosial səbəkələrdə dəfələrlə demişik ki, baş verən qadın qətilləri zamanı icra nümayəndəliklərindəki qəyyumluq komissiyaları ilk addımı uşaqları dərhal həmin ərazidən uzaqlaşdırsınlar. Heç bir nənə-babanın himayəsinə verilmə məsələsi olmasın, uşaqlara dərhal psixoloji yardım göstərilsin və bu yardımın uzunmuddətliliyinin nəzərə alınsın”.
Birliyin sədri Qəbələdə əri tərəfindən amansızcasına qətl edilmiş Səbinənin 3 uşağının da ata nənə-babasının himayəsindən alınıb SOS uşaq kəndinə yerləşdirilməsinin gərəkdiyini vurğulayıb:
“Hazırda eyni hadisə Qəbələdə öldürlümüş Səbinənin övladları ilə baş verir. Uşaqlar qətl törədilmiş evdə yaşayır, qatilin ana-atasının himayəsindədirlər. Bu uşaqlar  qorxu və həyacan icində yaşayır. Hələ də o uşaqlara heç bir psixoloji yardım göstərilməyib. İcra hakimiyyəti məhkəmə yolu ilə uşaqları dərhal uşaq müəssisəsinə istiqamətləndirməli və onlara peşəkar psixoloji yardımın göstərilməsinə nəzarət etməli idi. Təssüf ki, yalnız sosial şəbəkələr mətubuat  bu işə qarışdıqdan sonra hansısa addımlar atılır. Son bir ildə yeganə hal olaraq bu uşaqların SOS kəndlərinə yerləşdirilməsi ilə bağlı qərar qəbul edilib. Nənələrin özlərinin imtinası istisna edilməklə. Bu artıq bir sistem olmalıdır. Bu məsələlər məişət zorakılığı ilə mübarizənin bir kompanenti olmalıdır. Məncə belə atalar həm də dərhal atalıq hüququndan mərhum edilməlidir”.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Rayonlarda analoq yayımın dayandırılacağı vaxt açıqlandı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: