Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
ytt

BBC Dünya Xidməti “1940-cı illərdən bəri” ən irimiqyaslı genişlənməni elan edib

BBC Dünya Xidməti “1940-cı illərdən bəri” ən irimiqyaslı genişlənmə proqramı çərçivəsində 11 yeni dil xidmətini təsis edir.

Genişlənmə ötən il Britaniya hökumətinin elan etdiyi əlavə maliyyələşdirmənin nəticəsidir.

Yeni proqramlar Afaan Oromo, Amhar, Qucarat, İqbo, Korey, Marathi, Pidgin, Pəncab, Teluqu, Tigrinya və Yoruba dillərində yayımlanacaq.

İlk dil redaksiyaları 2017-ci ilin əvvəlində fəaliyyətə başlamalıdır.

“1940-ci ildən bəri BBC Dünya Xidmətinin ən irimiqyaslı genişlənməsinin elanı BBC üçün tarixi gündür”, – BBC-nin baş direktoru Tony Hall deyib.

“BBC Dünya Xidməti həm BBC, həm də Britaniya üçün tacın ən qiymətli daşıdır”, o əlavə edib.

Planlar sosial media platformlarında mövcudiyyəti artırmaq, daha çox video və mobil məzmun təklif etmək məqsədilə rəqəmsal xidmətlərin genişlənməsini nəzərdə tutur.

Genişlənmə planlarına həmçinin Rusiya və onun qonşuluğundakı ölkələrin dillərində geniş xəbər bülletenlərinin hazırlanması da daxildir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

83 yaşlı qadın “O səs Türkiyə”də – VİDEO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: