Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bazarda 100 qramla məhsul alan var – FOTOLAR

Ölkədə baş verən ikinci devalvasiyadan sonra manatın məzənnəsinin enməsi qiymətlərin yüksəlməsinə rəvac verdi. Bu qiymət artımı özünü kənd təsərrüfatı və ərzaq məhsullarında göstərdi. “Yaşıl bazar”da olan əməkdaşımız bazarda satılan bütün məhsulların qiymətində artım, amma alıcı baxımından qıtlıq yaşandığını müşahidə edib.

Dövlət orqanları qiymətlərin süni artırıldığını və buna qarşı mübarizə aparıldığını desə də, sakinlər bahalıqdan şikayətçidir. Ərzaq, meyvə-tərəvəz kimi gündəlik tələbat mallarının qiymətinin belə surətlə artması əhali arasında narazılığa səbəb olub.

Satıcılar qiymət artımının olmasını müxtəlif səbəblərlə bağlayırlar. Onlar bildirirlər ki, məhsulların çoxu xaricdən ixrac olunur, ölkədə də ixrac olunan məhsulların xammalı da xaricdən gətirildiyi üçün qiymət artımı müşahidə olunur.

“İndi bahalaşma harda yoxdu? Heç kimə sirr deyil ki, hər sahədə qiymət artımı var. Devalvasiyaları edən hökumət, vergini qaldıran hökumət, suyun və işığın qiymətini qaldıran da hökumətdir. Nəticədə bizim də xərclərimiz artıb və qiyməti artırmağa məcburuq. Biz sadəcə satıcıyıq, vasitəçiyik. Məhsulu baha alırıq, baha qiymətə daşıyırıq, biz nə edək? Biz də müştərimizi qaçırmağı istəməzdik”,-deyə satıcı Əli bildirir.

Onun sözlərinə görə, mövsümü məhsullara tələbat nisbətən artıb: “Ümumulikdə desək ötən illərə nisbətən alver zəifdir. Amma camaat qış hazırlığı üçün mövsümü malları alıb mürrəbə hazırlayırlar deyə son günlərdə alver var. Sentyabra qədər alverin olacağı gözlənilir. Ona görə ki, həm mövsümü mallar bazara daxil olur, həm də başqa yerlərdə istirahətdə olanlar evinə dönürlər. Nəticədə yeyinti məhsullarına tələbat artıb. İndiki artım ötən ilə nisbətən cüzidir. Keçən aylara nisbətən alıcılar çoxalsa da, onların aldığı məhsulların çəkisi elə də çox deyil. Hətta 100 qramla məhsul alanlar var. Gülməli görünsə də, biz də başa düşürük ki, camaatda artıq əvvəlki kimi pul yoxdur”.

Söhbət etdiyimiz satıcılar bildirdi ki, bu ilin sonuna qədər məhsulların qiymətində ən azı iki dəfə artım gözlənilir. Alıcılar məhsulların bahalığı ilə yanaşı çeşidlərin olmamasından narazıdılar. Onlar maaşların və təqaüdlərin artmamasına baxmayaraq, məhsulların qiymətinin hər ay qalxmasından şikayətlənirlər.

Bazarda kənd təsərrüfatı və ərzaq məhsullarının qiyməti ilə maraqlandıq. Kartofun, soğanın qiyməti 1 manatdan başlayır.

Pomidor, xiyar satışında da qiymət artımı hiss edilir və burada qiymətləi 2-5 manat arasında dövr edir. Göyərtinin qiyməti də 20-30 qəpik arasında dəyişir.

Kəskin bahalaşma çərəz məhsullarında müşahidə olunur. Əsasən İrandan gətirilən kişmiş, qoz, fındıq, badam, püstənin qiymətləri 15-27 manat arasında dövr edir. Azərbaycan Mərkəzi Bankı yanvar-iyun üzrə pul siyasəti icmalında bildirilir ki, 2016-cı ilin birinci yarısında ölkədə pərakəndə ticarət şəbəkəsində istehlakçıların əsas xərclərinin 49,5 faizi ərzaq malları, içkilər və tütün məmulatlarının alışı ilə əlaqədar olub. Hər bir istehlakçı orta hesabla hər ay pərakəndə ticarət şəbəkəsində 117,8 manat məbləğində ərzaq, içki alıb.

Ekspertlər hesab edir ki, ötən il manatın 2 dəfə devalvasiyasından sonra əhalinin çox hissəsi vəsaitlərinin çoxunu ərzaq mallarına yönəldib. Praktika göstərir ki, sabahkı günə ümid olmayanda adamlar “artıq” əşyalar almır, ərzağa üstünlük verir.

Dövlət Statistika Komitəsinə məlumatına görə osə, 2016-cı ilin yanvar-iyul aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,5 faiz artaraq 25682,7 milyon manata çatıb.

Xatırladaq ki, ölkə əhalisinin əsas ərzaq məhsulları ilə etibarlı təmin olunması üçün 2001-ci ildə ölkə rəhbərinin Sərəncamı ilə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” təsdiq edilib. Ötən dövr ərzində sektorun inkişafına yönələn dövlət proqramları da imzalanıb. Belə ki, “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı (2002-2005-ci illər)”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı proqramı”da əsasən regionlarda işsizliyin aradan qaldırılmasına və ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəldilib. Ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi məqsədi ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” təsdiq edilib.

Bazarda 100 qramla məhsul alan var
  - FOTOLAR

Bazarda 100 qramla məhsul alan var
  - FOTOLAR

Bazarda 100 qramla məhsul alan var
  - FOTOLAR

Bazarda 100 qramla məhsul alan var
  - FOTOLAR

Bazarda 100 qramla məhsul alan var
  - FOTOLAR

Bazarda 100 qramla məhsul alan var
  - FOTOLAR

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Neftin qiyməti sürətlə bahalaşır

%d bloqqer bunu bəyənir: