Now Reading:
Bazarda ət bahalaşdı – VİDEO
Full Article 30 second read

Bazarda ət bahalaşdı – VİDEO



Bakıda mal və qoyun əti bahalaşır. Qiymət artımına şəhərin əksər kəsim və satış məntəqələrində rast gəlmək mümkündür.

Satıcıların sözlərinə görə, qiymət artımı canlı heyvanın bahalaşması ilə bağlıdır. Onlar bildirirlər ki, qiymət artımı sentyabrın sonlarına qədər davam edəcək. Mal əti ilə yanaşı qoyun əti də nisbətən bahalaşıb. Bölgələrdə də qoyun ətinin qiymətində artım hiss olunur. Qəssablar bunu heyvan qıtlığı ilə əlaqələndirirlər. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, mal və qoyun ətinin bahalaşması üçün xüsusi səbəb yoxdur. Sadəcə ümumi istehlak bazarında müəyyən qədər bahalaşma olduğundan, bu ətin qiymətinə təsir göstərib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: