Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
104200

Baytarlıq bataqlığında Azər Süleymanov kabusu: qadını udub, naziri aldadan məmur

Bir neçə gün öncə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) haqda yazılar dərc etmişdik. Mövzu ilə bağlı apardığımız araşdırmalar ilginc faktları üzə çıxarıb. Belə ki, cumhuriyyet.az olaraq mediada yer alan və rəsmən təkzib olunmayan məlumatlarda Heydər Əsədovun rəhbərlik etdiyi nazirliyin bir qurumunda çoxkombinasiyalı oyunlar qurulduğu, korrupsiya və maliyyə maxinasiyalarının tüğyan etdiyi görülür. Bütün bu prosesə isə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov rəhbərlik edir.

Azər Süleymanov Baytarlıq Xidmətini necə ələ keçirdi: Nazir üçün qurulan məzhəkə tamaşa

Bir neçə il əvvəl, hələ İsmət Abbasov dönəmində Dövlət Baytarlıq Xidmətinin o zamankı rəisi İsmayıl Həsənov vəzifəsindən uzaqlaşdırılandan sonra hamı düşünürdü ki, nəhayət, bu sistemdə işlər qaydasına düşəcək. Amma gözləntilər özünü doğrultmadı. Bununla bağlı cumhuriyyet.az olaraq bildirək ki, İ.Həsənovun yerinə Xanlar rayonunun Zurnabad kəndində Biokombinatın mudiri isləyən Siyalə Rustəmova DBNX-inə rəis gətirildi. Ancaq yenə də DBNX-də milyonluq yeyintilər və böyük mübarizələr davam etdi. Ona görə ki, həm Dövlət Xidmətində, həm də paytaxt Bakıda kifayət qədər savadlı, təcrübəli mütəxəssislər və alimlər ola-ola nə üçün ucqar rayonda kombinat müdiri işləyən xanıma belə yüksək vəzifə verilməsi çoxlarında qıcıq yaratdı. Heydər Əsədov Kənd Təsərrüfatı naziri vəzifəsinə gətirildikdən sonra, o da DBNX-də qayda yaratmağa qalxdı. Amma Heydər Əsədovun da təyinatı hamını təəssüf içində buraxdı. Ucqar Zurnabad kəndində kiçik bir idarənin müdiri olaraq çalışan Siyalə Rüstəmovanı vəzifədən alan Heydər Əsədov onun yerinə yenə Xanlar rayonundan yeni kadr seçdi. Belə ki, nazir Xanlar rayon Baytarlıq İdarəsinin rəisi Azər Süleymanovu DBNX-inə müvəqqəti rəis təyin etdi.
Siyalə Rüstəmovanı isə Sumqayıt səhər Baytarlıq İdarəsinə rəis göndərdi. Sentyabr ayının 14-də, yəni təqribən bir ay əvvəl isə Kənd Təsərrüfatı Nazirliyində Sumqayıt şəhər Baytarlıq İdarəsi tərəfindən yol verilmiş nöqsanlar, o cümlədən Qurban bayramı günlərində heyvan kəsimi ilə bağlı idarənin fəaliyyətiilə dair daxil olmuş şikayətlərlə əlaqədar keçirilən kollegiya iclasında nazir Siaylə Rüstəmovanı işdən azad etdi.

Kadr dəyişdi, rüşvəttoplama isə qalır

Nazir Heydər Əsədovun S.Rüstəmovanı işdən azad etməsi hamı üçün sürpriz oldu. Amma DBNX-nin müvəqqəti rəisi Azər Süleymanov və ona yaxın olan bəzi şəxslər üçün bu qərar heç də gözlənilməz olmadı. Çünki Siaylə Rüstəmova haqqında qərar verilməmişdən əvvəl Azər Süleymanovun adamları Sumqaytda videoçəkiliş aparmış və həmin video Heydər Əsədova təqdim olunmuşdu. Bu haqda məlumatlı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, sözügedən videoçəkilişdən sonra nazirin kabinetində faciə-məzhəkə tamaşası oynanılmışdı. Faciə-məzhəkənin baş rejissoru isə Azər Süleymanov olmuşdu. Əslində xanım həmkarına qarşı oyun quran və nəticə etibarı ilə öz nazirini bu oyununda alət edən A.Süleymanov durumu dəyişmədi. Əksinə onun oyununun əsas nüvəsi olan Sumqayıtdan daha sərt və siyasi mahiyyət kəsb edən zərbə gəldi.
Söhbət referendum günü Sumqayıtdakı şadlıq evlərindən yoxlama adı ilə pulyığma əməliyyatından gedir. Belə ki, ümumxalq səsverməsi günü Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sentyabrın 1-dən məzuniyyətdə olan terapevt-baytar həkimi Qalib Süleymanov biabırçılığa imza atıb. O, şəhərdə fəaliyyət göstərən “Tural” şadlıq evinə gələrək Tərlanın (şadlıq evinin müdiri) işdə olmasını soruşub. Sonra mətbəxdə işçilərin qarşısında bir baş doğranmış quzu cəmdəyinin sənədi olmadığı üçün pul istəyib. Ona verilən 20 manata qalığı qaytarmağa xırda pulu olmadığını deyib. Q.Süleymanov 10 manatla razılaşmayıb, 15 manat tələb edibmiş. Rəzalətdir! Ən qəribəsi də budur ki, Qalib həkimin hansı ekspertiza işlərini yerinə yetirdiyi məlum deyil. Görünür, Sumqayıt şəhər Baytarlıq İdarəsi rəisinin səlahiyyətlərini müvəqqəti icra edən Elman Aslanov məzuniyyətdə olan Qalib həkimə “get daşdan pul çıxar” əmrini veribmiş. E.Aslanov vəzifəni əlinə keçirən kimi “qaz vurub, qazan doldurmaq” sevdasına düşüb. Özü də referendum günü başlayıb.

Kimlər gəldi, kimlər getdi: əsl günahkar isə…

Beləliklə ortada olan durum, nazirin bütün ciddi cəhdlərinə rəğmən Baytarlıq xidmətində rüşvət və korrupsiyanın qarşısının alınmadığını göstərir. Nazirliyin bu sahəsi üzrə aparılan kadr siyasəti ilə bağlı cumhuriyyetə danışan məlumatlı mənbə əsl hədəfin cəzadan kənarda qaldığını bildirir: “İşdə ciddi nöqsanlara yol verdiklərinə və işlərini günün tələbləri səviyyəsində qura bilmədiklərinə görə 2 saylı BSEL-in müdiri Mehri Əliyeva, 6 saylı BSEL-in müdiri Gülnarə Sadıqova, 20 saylı BSEL müdiri Nüşabə Abdullayeva tutduqları vəzifədən azad edilmişdir. Bundan başqa, 9 saylı BSEL-in müdiri Almaz Bağırova, 10 saylı BSEL-in müdiri Canbaxış Vəliyevə, 17 saylı BSEL-in müdiri Saleh Arazova axırıncı xəbərdarlıq olmaqla şiddətli töhmət; 18 saylı BSEL-in müdiri Əlixan İbrahimova, 23 saylı BSEL-in müdiri Yusif İbrahimova, 24 saylı BSEL-in müdiri Süleyman Əhmədova, 5 saylı BSEL-in müdiri Ramazan Eminova töhmət verilmiş, 8 saylı BSEL-in müdiri Ramiz Əsgərova, 13 saylı BSEL-in müdiri Əbülfət Əsədova xəbərdarlıq edilmişdir. Halbuki birinci şiddətli töhmət rəis əvəzi Azər Süleymanovun özünə verilməli idi… Onun bazarlardakı işçilərinin dilindən deyilənləri eşidəndə təəssüflənməli olmuşam. Bütün bunları yoxlamaq üçün bir fermeri pilot layihəyə cəlb edin, Bakıya ət gətirsin. Görün onun başına nə oyun açılacaq, baytar həkimlər nə hoqqadan çıxacaq…”

Baş baytarın “ət şousu”: baş rolda qohumlar və tələbəlik dostları

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis əvəzi Azər Süleymanovun növbəti gedişlərindən biri də Respublikanın rayon və şəhərlərindən Bakı şəhərinə satılmaq üçün gətirilən heyvan cəmdəkləri ilə bağlı yaratdığı “ƏT şousdur”. Son zamanlarda efirlərin daimi müştərisinə çevrilən A. Süleymanov Bakıya gətirilən heyvan ətlərinin güya insan qidasına yaramadığını aşkar edərək qarşısını almışam “şousu” ilə sahibkarlara küllü miqdar zərər vurmuşdur. Azər müəllim müntəzəm olaraq “at əti aşkar etmişəm” çıxışı ilə xof yaradır. Lakin bunla bağlı cumhuriyyet.az olaraq mütəxəssislərdən aldığımız rəydə bildirilir ki, əsasən at əti ilə bağlı əhali arasında çaşqınlıq yaratmaq düzgün istiqamət deyil. Belə ki, at əti də digər kəsilməsinə göstəriş olan heyvanlar kimi qida zəncirinə daxil edilir və at ətindən kəsimində tələb edilən qaydalara əməl etməklə istifadə edilə bilər. (At ətinin baytarlıq –sanitariya ekspertizası).
Sahibkarlara məxsus ətləri yararsız hesab etmək üçün laboratoriyadan istənilən rəyin alınması Azər müəllimin bu “şousunda” vacib şərtlərdəndir. Belə ki, cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, məqsədinə çatmaq üçün A.Süleymanov dayısı oğlu Elşad Rzayevi və tələbə yoldaşı Mübariz Nəbiyevi tabeliyində olan Respublika Baytarlıq Laboratoriyasında mühüm vəzifələrə yerləşdirmişdir. Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinə yeni təyin etdiyi tələbə yoldaşı Kamran müəllim isə evində şirniyyat hazırladaraq Xidmətin yeməkxanasında satdırmaqla və hər gün yeməkxanada bu biznesinə nəzarət etməklə fəaliyyətini elə Xidmətin yeməkxanasında yerinə yetirir.Azər məllim Xidmətə rəs əvəzi gələn kimi öz adamlarının hesabına korrubsiya şəbəkəsi yaratmqaq üçün Müfəttişlik sektorunun müdiri Tofiq Atazadəyə şər atmaqla təyziq altında işdən çıxması haqqında ərizəsini aldı. Onun yerinə isə rayon səviyyəli, dövlət qulluqçusu olmyan Aydın Hüseynovu qanunsuz olaraq dövlət qulluğuna vəzifəyə gətirdi. Ramiz Salmanov da öz sözünü deyən, qanunsuzluqlarla barışmağı və yaltaqlığı bacarmadığı üçün ərizəsini aldı. Eldəniz Zeynalov kimi təcrübəli, baytarlıq sahəsində püxtələşmiş mütəxxəssisə torba tikərək ştatının ixtisara düşməsinə nail oldu. Abşeron Rayon Baytarlıq İdarəsinin sabiq rəisi, peşəkar baytarlıq mütəxəssisi Səmədov Fəxrəddin yenədə cənab Azər Süleymanovun “Rüşvət şəbəkəsində” iştirak etmək “bacarığı” olmadığı üçün vəzifədən kənarlaşdırıldı. Burada məqsəd birdir Azər müəllimim “çaldığı müsiqiyə” mütləq rəqs etmək. torbaları tikilərək İşdən azad olan mütəxəssislərlə yeni təyin edilmiş kadrlar arasında müqayisə edlməyəcək dərəcədə fərq vardır.
***
Məsələyə dair rəis əvəzi A.Süleymanovun da mövqeyini öyrənməyə çalışdıq… Təəssüflər olsun ki, onun 562-76-13 iş telefonu zənglərimizə cavab vermədi… Mövzunu diqqətdə saxlayacağıq…

Cumhuriyyet.az

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Atam deyir, qaz bahadır, yandırsaq, bizi cərimə edərlər”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: