Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Bayraq Meydanın sabiq rəisi dövlətə 254 min 676 manat ziyan vurub”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və onunla birgə ittiham olunan İsfəndiyar İsfəndiyarov, Arzu Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əlövsət Abbasov sədrlik edib. Prosesdə təqsirləndirilən Arzu Məmmədov dövlət ittihamçısının, vəkillərinin suallarını cavablandırıb. İstintaq zamanı bir neçə dəfə ifadə verdiyini məhkəmənin diqqətinə çatdırıb.

Şahid qismində Bulvar İdarəsinin nümayəndəsi Hüseyn Əzimov ifadə verib. O, ifadəsində R. Məmmədov tərəfindən dövlətə 254 min 676 manat ziyan vurulduğunu, həmin məbləğin mayın 19 da ödənildiyini deyib.

Məhkəmə prosesi ayın 14-də davam edəcək.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi R.Məmmədov və onunla birgə ittiham olunan İ.İsfəndiyarov, A.Məmmədov ötən ilin may ayında həbs edilib. Dələduzluqda təqsirləndirilən şəxslər barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

Bu il mart ayının 4-də Səbail Rayon Məhkəməsi A.Məmmədov barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirib və o, ev dustaqlığına buraxılıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Qənimət Zahidin qohumlarına 8 il yarım iş istənildi

%d bloqqer bunu bəyənir: