Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
102558

Bayram Səfərov Qarabağ ermənilərinin xasiyyətini bilir – “Barışıq olacaq…”

“Əksər vaxtlarda ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya gələndə Dağlıq Qarabağ icması ilə görüşlər olur. Bu dəfə də gələndə əgər vaxtları olsa, yəqin ki, onlarla görüş olacaq. Ancaq hələlik bu barədə dəqiq məlumat yoxdur”.

Moderator.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov deyib.
O, Azərbaycan və erməni icmaları arasında görüşün mümkün olub-olmamasından da danışıb: “Erməni icması Azərbaycan tərəfi ilə necə görüşə bilər? Bugünkü Ermənistan hakimiyyəti ziyalı ermənilərin Azərbaycan əhalisi və hakimiyyəti ilə görüşməsinin qəti əleyhinədir. Çünki Ermənistan rəhbərliyi cinayətkar olduğundan məhkəmə qarşısında cavab verməlidirlər. Ermənilər Azərbaycan əhalisi ilə görüşəndə qısa müddətə barışıq olacaq. Şuşada yaşamış biri olaraq Qarabağ ermənilərinin xasiyyətini bilirəm. Onlar iki əsr bizimlə yaşayıblar və bizdən ayrı qalmaq fikirləri yoxdur”.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

“Düşmənin təxribatına cavab sərt olacaq” – Müdafiə Nazirliyi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: