Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bayram olduğu üçün pensiyalar tez köçürüləcəkmi – RƏSMİ AÇIQLAMA

Hər il mötəbər bayramlarda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən pensiyaçıların pulları vaxtından əvvəl köçürülürdü. Bu gün ölkəmizdə Ramazan bayramının qeyd olunmasına və Ramazan bayramının müsəlman dünyasında ən mötəbər bayram olmasına baxmayaraq, pensiyalar köçürülməyib.
Hələ bayramın iki davam etməsini nəzərə alaraq, bizimyol.info saytının əməkdaşı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin aparat rəhbəri Əjdər Cəbiyevlə əlaqə saxlayıb. Aparat rəhbəri məsələ ilə bağlı saytımıza açıqlamasında, bu il Ramazan bayramının ayın əvvəlinə düşdüyü üçün, pensiyaların köçürülməsinin mümkün olmadığını bildirib.

“Nazirlər kabinetinin qərarı var ki, pensiyalar hər ayın 20-dən sonra köçürülür. Buna baxmayaraq, istisna hallar olur ki, biz pensiyaları tez köçürürük. Adətən bu Novruz bayramında, Yeni ildə baş verir. Ramazan bayramı da müqəddəs bayramdı, çox önəmli bayramdı, amma hər il yerini dəyişdiyi üçün, bu dəfə pensiyaları köçürə bilməmişik. Büdcədə pul var, pensiyalar yubanmayacaq, yaxın günlərdə köçürüləcək. Amma yəqin ki, bu iki gündə köçürülməyəcək, çünki bayramdı iş günü deyil”.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

“Deyirlər, gözü görür, yalandan pul üçün belə edir” – VİDEO

%d bloqqer bunu bəyənir: