Baykalda helikopter qəzaya uğrayıb: Sağ qalan yoxdur

Dünən Rusiyanın Baykal vilayətinin Baley rayonunda “Robinson” helikopteri itib.

Bu barədə TASS-a xüsusi xidmətlərdən bildiriblər.

Məlumata görə, bu gün helikopterin qalıqları tapılıb. Helikopterdə olanların hər üçü ölüb.

“Sağ qalan yoxdur. Qəza yeri Baley rayonunun Nijnee Qiryunino kəndindən 10 km cənubda, federal yoldan isə 1 km aralıdadır”, – TASS-a Baykal vilayətinin Baley rayonunun rəhbəri Sergey Qalçenko bildirib.

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

20 yaşlı qız bakirəliyini satışa çıxartdı : MƏBLƏĞ İSƏ…

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: