Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
95196

BAXCP sədri Azərbaycan xalqını təbrik edib

“Bu gün tariximizin ən şərəfli günlərindən biridir”

Bütöv Azərbaycan Xalq Cəbhəsinin sədri, millət vəkili Qüdrət Həsənquliyev Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

“Əziz həmvətənlər!

Sizi Müstəqillik Günü münasibətilə təbrik edirəm.

1991-ci il oktyabrın 18-də Milli Məclisdə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. Bu qərarla xalqımız 71 il hökm sürən ədalətsizliyə, əsarətə və istibdada son qoyaraq Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikasının müstəqilliyini elan etdi və bununla da özünün istiqlal ideallarına sədaqətini, azadlıqsevərliyini, dövlət qurmaq bacarığını bir daha nümayiş etdirdi.

Bu gün tariximizin ən şərəfli günlərindən biri və bəlkə də birincisidir. Bu gün XX yüzildə dörd dəfə dövlət quran bir Millətin mübarizə əzminin, dövlətçilik təfəkkürünün, iradəsinin və yüksək mənəviyyatının təntənəsi günüdür.

Biz öz istiqlalımıza bu gün bəzilərinin iddia etdiyi kimi SSRİ-nin süquta uğraması nəticəsində nail olmamışıq. Əksinə Azərbaycan xalqının apardığı Milli Azadlıq Mücadiləsi xalqlar həbsxanasının, şər imperiyasının dayaqlarını laxladıb və onun süquta uğramasına vəsilə olub. Bu baxımdan xalqımız öz əzmkar mübarizəsi nəticəsində digər xalqların da istiqlala qovuşmasında müstəsna rol oynayıb.

Dəyərli soydaşlarım!

Dövlət müstəqilliyimizi bəyan edən Konstitusiya Aktının qəbul olunmasından 25 keçməsinə baxmayaraq hələ də dövlətçiliyimiz üçün təhlükə yaradan bir çox çətinliklərin öhdəsindən gələ bilməmişik. Xalqımızın şərəf və namus məsələsi olan Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərimiz hələ mənfur erməni işğalçılarının tapdağı altındadır. Bir sıra aparıcı dövlətlərin və beynəlxalq təşkilatların ikili münasibəti və ədalətsiz mövqeyi, eləcə də ölkə daxilində milli maraqlarımıza qənim kəsilmiş qüvvələrin yanlış siyasəti nəticəsində torpaqlarımızın azad edilməsi istiqamətində irəliləyişə nail olmamışıq.

Ölkədə etimadlı və sivil siyasi münasibətlərin bərqərar olmaması, qanunların aliliyinin təmin edilməməsi, məmur özbaşınalığının və korrupsiyanın mövcudluğu dövlətimizin inkişafının qarşısını alan mühüm amillərdir. Bütün bu problemlərdən yeganə çıxış yolu dövlətmizə sahib çıxmağımız, tarixi nailliyyətimiz olan müstəqilliyimizi göz bəbəyimiz kimi qorumağımız, mübarizə əzmimiz və qətiyyətimizdir.

Ümid edirəm, bütün bu çətinliklərin öhdəsindən ləyaqətlə gələcəyik.

Sizi bir daha təbrik edir, hər birinizə möhkəm cansağlığı, bütöv və qüdrətli Azərbaycanın vətəndaşı olmağınızla fəxr etməyinizi arzulayıram”.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Azərbaycan deputatlarının yaşı açıqlandı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: