Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Baxçalıdan 7 maddəlik xəbərdarlıq – Mətni

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı “Demokratiya və Şəhidlər Mitinqi” ilə bağlı təşkilatlara xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, Baxçalı MHP-yə bağlı təşkilatlara xəbərdarlığında Türkiyəyə qarşı olan təhdidləri nəzərə almalarını və bəzi məqamlara riayət etmələrini tövsiyə edib.

Baxçalının 7 maddədən ibarət hazırladığı tövsiyələr aşağıdakı kimidir:

1. 7 avqust “Demokratiya və Şəhidlər Mitinqi”ndə mümkün təxribatlara, təhriklərə və təcavüzlərə qarşı həssas davranılacaq, heç bir mübahisə və davanın içində yer alınmayacaq.

2. İstanbul Yeniqapıda keçiriləcək mitinq partiyaların anlayış və fədakarlığının təzahürüdür. Bu nüansla partiya bayraqları, emblemləri və siyasi şüarların səsləndirilməməsi, yalnız Türkiyə bayrağının istifadəsi müştərək söz və çağırışların səsləndirilməsi təmin olunacaqdır.

3. Hər hansı bir hadisə, gərginlik qarşısında ağıllı və ləyaqətli davranılacaq. Söz atma və hücum ehtimalları qarşısında təhlükəsizlik qüvvələri dərhal xəbərdar ediləcəkdir.

4. Təşkilat rəhbərlərimiz mitinqin quruluş və tarazlıq içində aparılması məsələsində diqqətli və həssas yanaşacaqlar, qardaşlıq və milli ruhun gözləntilərini sədaqətlə təmin edəcəklər.

5. Hər bir yoldaşım, millətimin hər bir gözəl insanı 7 avqustda Türkiyənin şərəf və nüfuzuna uyğun layiqli bir şəkildə əl-ələ, çiyin-çiyinə milli iradə və qardaşlıq içərsində nümunəvi nümayiş keçirəcəklər. Mitinqə kölgə salmağa, təxribat törətməyə çalışanlara heç bir fürsət verilməyəcək.

6. Siyasi ayrı-seçkilik edilməyəcək, hər qardaşımızla, hər bir dostumuzla, hər bir vətəndaşımızla birgə səmimiyyət təmin ediləcəkdir. Bizim ortaq dəyərlərimizin fərqlərdən daha çox olduğu heç vaxt unudulmayacaqdır.

7. Milliyyətçi Hərəkat Partiyası (MHP) təşkilatları 7 avqust günü mitinq meydanında hər mərhələdə həssaslıq, hörmət göstərəcəkdir.

Bu qaydalara əməl etməyən kim olursa-olsun dərhal xəbərdarlıq ediləcək, lazımi tədbirlər görüləcəkdir.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Parisdə terror təhlükəsi — Eyfel təcili boşaldıldı!

%d bloqqer bunu bəyənir: