Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
bagca

Baxçalar pullu olacaq

Samir Əliyev: «Əgər baxçalar özələşdiriləcəksə, paralel olaraq pulsuz bələdiyyə baxçaları yaradılmalıdır»

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməməsi təklif edilir. Modern.az-ın xəbərinə görə, bu təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin müzakirəsi zaman komitə sədri İsa Həbibbəyli çıxış edib.

Deputat bildirib ki, özəlləşdirmə məktəbəqədər təhsil müəssisələrinin təyinatını dəyişməməlidir:

“Qanun layihəsinin hazırlıq variantında bağçaların özəlləşdirilməməsini qeyd etmişdik. Lakin sonra baxdıqda gördük ki, rayonların bəzilərinə maliyyə yardımları ayırmaq bir az çətin olur. Ona görə də məcburən dövlətin tikib istifadəyə verdiyi bir çox bağçaların inkişaf etməsi və fəaliyyətini davam etdirməsi üçün özəlləşdirməyə ehtiyac var.Belə faktlar rayonlarda müşahidə olunur. Bu səbəbdən təyinatı dəyişmədən məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsini mümkün hal hesab edirik”.

İ.Həbibbəylinin fikrincə, bağçaların idarəçiliyi ali təhsilli və 5 illik təcrübəsi olan şəxs tərəfindən olmalıdır.

İ. Həbibbəyli qeyd edib ki, qanun layihəsi hazırlanarkən dünya təcrübəsi öyrənilib: “Bu gün bir çox idarə və müəssisələrin tərkibində məktəbəqədər təhsil müəssisələri var. Düzdür, onların bir çoxu məkətəhazırlıq qrupları yaratmağa hazır deyil. Lakin bağça funksiyasını yerinə yetirə bilirlər. Layihədə müvafiq icra hakimiyyəti orqanının nəzdində məkətəbəqədər təhsil assosasiyasının yaradılmasını nəzərdə tutan müddəa da öz əksini tapıb. Düzdür, bu ictimai əsaslarla fəaliyyətlərlə işləyən bir qurum olacaq. Bu da işimizə bir çox fayda verə bilər” Qanun layihəsi müzakirələrin yekununda Milli Məclisin plenar iclasına tövsiyə olunub”.

Baxçalar özələşdirilməsi bu sahədəki problemi həll edə bilərmi? Az təminatlı ailələrin övladları necə baxçaya gedə biləcəklərmi? Onlara güzəştlər nəzərdə tutulacaqmı? Bu suallar isə açıq qalır.

İqtisadçı Samir Əliyev bildirdi ki, büdcə gəlirləri və xərcləri ilə bağlı ciddi problemlərin yaşandığı bir zamanda belə təklifin edilməsi gözlənilən idi. Büdcə yükünün azaldılması məqsədilə xərclərin ixtisara salındığını deyən S.Əliyev vurğuladı ki, hökumət hər şeyi büdcənin üstünə yıxdığından bu cür vəziyyət yaranıb: «Baxçaların özələşdirilməsi təəccüblü deyil. Əslində bu məsələnin bir tərəfidir. Amma problemin kökü başqadır. Baxçalar özələşdirilə bilər. Amma sosial təminatı zəif olan insanlar övladlarını baxçaya göndərə biləcəklərmi. Əslində Azərbaycanda təhsil, səhiyyə və baxçalar pulsuz olsa da bu istiqamətdə kifayət qədər pul xərclənir».

Baxçaların özələşdirilməsinə pis baxmayan iqtisadçı bununla belə özələşdirildikdən sonra baxçaların necə işləyəcəyi ilə bağlı sualların açıq qaldığını bildirir: «Özəlləşdirildikdən sonra baxçalar necə işləyəcək? Baxçaların fəaliyyəti ilə bağlı normativlər olmalıdır. Baxçalar həmin normativlərlə hərəkət etməlidir. Qiymət məsələsində də tənzimlənmə həyata keçirilə bilər. Azərbaycanda bu gün bələdiyyələrin səlahiyyətləri, maliyyəsi yoxdur. Əgər icra hakimiyyətlərinə ayrılan vəsaitlər bələdiyyələrə ayrılsaydı, o zaman onların ərazilərində pulsuz baxçalar təşkil etmək imkanları olardı. Bu baxçalar hazırda mövcud olan dövlət baxçalarının alternativi ola bilərdi. Əgər baxçalar özələşdiriləcəksə, paralel olaraq pulsuz bələdiyyə baxçaları yaradılmalıdır».

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Azərbaycan Xəzər hövzəsində təklənə bilər

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: