Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Batumiyə gedən 50 azərbaycanlı ağlasığmaz cinayətin qurbanı oldu

Bakıdan Batumiyə gedən turistlər istirahət əvəzinə turizm şirkəti əməkdaşlarının ağlasığmaz cinayətlərinin qurbanı olublar. Criminal.az-a daxil olan məlumata görə, Bakıda fəaliyyət göstərən İnTravel səyahət şirkəti Batumiyə apardığı turistləri yolda qoyub.

Şirkət 50 nəfərdən əvvəlcədən pul alaraq Batumi şəhərinə aparıb. Bütün problemlər Qara dənizin sahillərində yerləşən bu şəhərə çatdıqdan sonra baş verib. Şirkətin turistlərə cavabdeh olan bələdçiləri axşam Batumidə fəaliyyət göstərən kazinolardan birinə gediblər. Turistlər üçün əvvəlcədən yığılmış 12 min Gürcüstan Larisi məbləğində pulu uduzublar.
Hazırda isə ödəniş edilmədiyi üçün otellər həmin turistləri qəbul etmir. Öz pulunu almayan sürücülər də turistləri avtobusla yenidən Bakıya qaytarmaqdan imtina edirlər. Vəziyyətin belə olduğunu görə turistlər bələdçilər barəsində Gürcüstan polisinə şikayət ediblər. Gürcü polisi həmin bələdçiləri həbs edib.
Məsələ ilə əlaqadar İnTravel şirkəti ilə əlaqə saxladıq. Telefon zəngimizə şirkətin xanım əməkdaşlarından biri cavab verdi. O Batumidə baş verən hadisə ilə bağlı heç nə deyə bilməyəcəyini bildirərək telefonu qapatdı. Hazırda isə şirkətin Batumiyə apardığı 50 nəfər turistin taleyi sual altında qalıb.
 
İnTrevel şirkətinin direktoru İlqar Kərimli Criminal.az saytı ilə əlaqə saxlayaraq baş vermiş hadisəyə aydınlıq gətirdi. Şirkət rəhbəri bildirdi ki, Batumiyə aparılan turistlərin məsuliyyəti onun üzərində deyil. Həmin turistləri RayTravel aparıb. Turistlər arasında İnTravel tərəfindən göndərilən cəmi iki turist var. Həmin turistlərlə əlaqə saxlanılıb və onlara bildirilib ki, taksi ilə Bakıya qayıtsınlar. Qayıdandan sonra onların xərci ödənəcək.
İ.Kərimlinin sözlərinə görə, bundan əvvəl də Batumiyə bir neçə dəfə turist göndərilib. Belə bir hadisə heç vaxt yaşanmayıb.
RayTravel şirkəti ilə isə əlaqə saxlamaq mümkün olmadı.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

6 yaşlı qızını kabab tikəsinə görə doğradı– DƏHŞƏT

%d bloqqer bunu bəyənir: