Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Başıı kəsilən 12 yaşlı uşaqla bağlı YENİ FAKTLAR – FOTO

Tükürpədici vəhşət Suriyanın Hələb şəhərində baş vermişdi. Özünü “Suriya prezidenti Bəşər Əsədə qarşı vuruşan müxalifətçi hərəkat” kimi təqdim edən “Nur əl Din əl Zenki” qruplaşması fələstinli qaçqınların yaşadıqları “Həndarat” məhəlləsini ələ keçiriblər.
12 yaşlı oğlanın Abdulla İssa olduğu bəlli olub.
Abdulla onu tutan və edam etməyə hazırlaşan cəlladlara yalvarırdı. Amma onun yalvarışları eşidilmədi.
“Allahu əkbər!”, “Təkbir!” bağıırtıları ilə 12 yaşlı uşağın başını kəsdilər.
Daha sonra terrorçular bağırırlar: “Baxın, onlarda artıq kişi qalmayıb, üstümüzə uşaqları göndərirlər. Həndaratdakıların axırına çıxacağıq!”
“Nur əl Din əl Zenki” qruplaşmasının mənsubları bu balaca oğlanın guya fələstinlilərin “Livaa əl Qüds” qruplaşmasının döyüşçüsü olduğunu deyiblər.
“Liva əl Qüds” Suriya prezidenti Bəşər Əsədi dəstəkləyən qruplaşmadır.
Uşağın başını kəsən Mətin əbu Əhməd adlı terrorçu Hələbdə öldürülüb. Onu “Həndarat”dan olan fələstinlilər güllələyiblər.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, Suriyanın Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda bildirilir ki, “Nur əl Din əl Zenki” qruplaşmasının liderlərinə qarşı “ov” başlanıb.
Hələb şəhərindəki “Əl Qüds” qruplaşması bildirib ki, balaca Abdullanın edam videosunda əks olunmuş şəxslərlə yanaşı, “El Zenki”nin bütün rəhbərliyi məhv edilməyincə, “qisas alınmamış sayılacaq, Abdullanın qanı yerdə qalacaq”.
“Bu zavallı, çəlimsiz, arıq Abdulla yaralı idi. O, Hələb bombardman edilərkən qəlpə yaraları almışdı və hospitalda idi. “Nur əl Din əl Zenki” qruplaşmasından olan terrorçular həmin hospitala hücum edərək bütün həkimləri, tibb bacılarını və xəstələri öldürməyə çalışıblar. Lakin atışmada geri çəkilən terrorçular 32 xəstəni, o cümlədən Abdullanı aparıblar. Videoda Abdullanın ayağındakı sarıqlar aşkar görünür”, – “Əl Qüds”n açıqlamasında deyilir.
Abdulla İssa Hələb şəhərinin əl Məşhəd səmtinin sakini idi.
Suriya Müdafiə Nazirliyindən verilən məlumata görə, Avropa Birliyi və ABŞ-ın dəstəklədiyi “müxalifətçi qruplaşmalar” arasında olan “Nur əl Din əl Zenki” hazırda “Levant Cəbhəsi” və Suriyadakı “İhvan əl Müslimin” ilə birgə fəaliyyət göstərir.

Başıı kəsilən 12 yaşlı uşaqla bağlı YENİ FAKTLAR - FOTO

Başıı kəsilən 12 yaşlı uşaqla bağlı YENİ FAKTLAR - FOTO

Başıı kəsilən 12 yaşlı uşaqla bağlı YENİ FAKTLAR - FOTO

Başıı kəsilən 12 yaşlı uşaqla bağlı YENİ FAKTLAR - FOTO

Başıı kəsilən 12 yaşlı uşaqla bağlı YENİ FAKTLAR - FOTO

Başıı kəsilən 12 yaşlı uşaqla bağlı YENİ FAKTLAR - FOTO

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

İrandan növbəti çevriliş açıqlaması: “ABŞ və Rusiya…”

%d bloqqer bunu bəyənir: